Pleyeri seçin:

"Əxlaqsızları yox edəcəyəm" deyib qadınlara hücum edən qatilin sonu | SONUNCU ŞAHİD

01 noyabr 2024 321 baxış

Qadınları intim əlaqə adı ilə çağırıb qətlə yetirdi.

Fərhad Xasıyev (şərti ad) Abşeron ərazisində yerləşən qəsəbələrdən birinə gələrək dəniz kənarındakı villada fəhlə işləyir. O, evdə kirayə qalır və qazandığı pulu içkiyə, əyləncəyə xərcləyir.

Fərhad beynində “əxlaqsız qadınları yox edəcəyəm” planını qurmuşdu. Buna görə də bir gün kafedə tanış olduğu Çinarə (şərti ad) adlı qadını qətlə yetirir. Sonra isə heç nə olmamış kimi şəhərə gəlir və barlardan birinə gedərək müştərilərə baxır, masa arxasına əyləşir və özünə içki sifariş edir.

Birdən gözünə qətlə yetirdiyi Çinarə görünür. Çinarə ona baxıb öpüş göndərir. Fərhad yerindən sıçrayaraq Çinarəyə tərəf hücum etmək istəyəndə onun barda olmadığını anlayır. Cibindəki axırıncı pulu çıxarıb masanın üzərinə atır və bardan çıxır.

Fərhad başa düşür ki, şəhərdə heç kimlə pulsuz tanış olmaq mümkün deyil və o, telefonunu satmaq qərarına gəlir. Telefonu satır, pulu cibinə qoyur və yenidən cinayət törətməyə gedir.

Günün sonunda Fərhad gecə klubuna gəlir və növbəti qurbanını – Leylanı (şərti ad) görür. Leyla bilyard masasında topları vurarkən Fərhad tanış olmaq bəhanəsi ilə onu alqışlayır. Leyla Fərhadı birlikdə bilyard oynamağa dəvət edir.

Fərhad gecə klubunda tanış olduğu Leylaya daha yaxından bir-birilərini tanımaq üçün hotelə getməyi təklif edir. Leyla da buna etiraz etmir, çünki o bilmir ki, Fərhadın məqsədi sadəcə onunla tanışlıq deyil.

Hotel otağına daxil olan kimi Fərhad Leylaya onun gözəl olduğunu deyir. Daha sonra Leyla telefonunu istəyir və pəncərənin qarşısında dayanıb şəkil çəkdirəcəyini deyir. Leyla arxasını ona çevirən kimi Fərhad qıza hücum edir.

Bu, Fərhadın “əxlaqsız qadınları yox edəcəyəm” planının sonu idi. O, düşündüklərini Leyla ilə həyata keçirə bilmir. Çünki Leyla qışqıraraq səs-küy salır.

Fərhad da kiminsə hotel otağına gələcəyindən qorxur və ərazini tərk edir. Amma Fərhadın oradan qaçmasına baxmayaraq, bir neçə saat sonra hüquq-mühafizə orqanları məsələdən xəbər tutur və aparılan axtarış-istintaq tədbirləri ilə o, yaxalanaraq cinayət məsuliyyətinə cəlb edilir. 

Bakıda şagird ölümlə üz-üzə qaldı | Anbaan görüntülər

Bakıda şagird ölümlə üz-üzə qaldı | Anbaan görüntülər

Hadisə
20 dekabr 2025 321 baxış
Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat

Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat

Hadisə
20 dekabr 2025 321 baxış
Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

Hadisə
20 dekabr 2025 321 baxış
Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat - Baku TV CANLI

Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat - Baku TV CANLI

Hadisə
20 dekabr 2025 321 baxış
2 yaşlı oğlan faciəvi şəkildə öldü | Babası dəhşətli hadisəni anbaan danışdı - Baku TV

2 yaşlı oğlan faciəvi şəkildə öldü | Babası dəhşətli hadisəni anbaan danışdı - Baku TV

Hadisə
20 dekabr 2025 321 baxış
“Biri yerdə idi, qatarın üstündə...” | 15 yaşlı yeniyetmə dəhşət yaşadı - Baku TV

“Biri yerdə idi, qatarın üstündə...” | 15 yaşlı yeniyetmə dəhşət yaşadı - Baku TV

Hadisə
19 dekabr 2025 321 baxış
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti dənizdən çıxarıldı - Baku TV

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti dənizdən çıxarıldı - Baku TV

Hadisə
19 dekabr 2025 321 baxış
Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Hadisə
19 dekabr 2025 321 baxış
“Gördüm ki, cırmaqlayır, 2 dəqiqəyə öldü” | 22 yaşlı gəncin faciəvi sonu - Baku TV

“Gördüm ki, cırmaqlayır, 2 dəqiqəyə öldü” | 22 yaşlı gəncin faciəvi sonu - Baku TV

Hadisə
19 dekabr 2025 321 baxış
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı | FHN görüntülər yaydı - Baku TV

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı | FHN görüntülər yaydı - Baku TV

Hadisə
19 dekabr 2025 321 baxış
Seçilmişlər
icon