Pleyeri seçin:
"Gördüm ki, alovlanır, uşaqları..." | Bakıdakı dəhşətli yanğının səbəbi görün nə imiş - Baku TV
Bakının Yasamal rayonu, Vidadi küçəsində yerləşən ikimərtəbəli köhnə tikilidə günorta saatlarında yanğın baş verib.
Hadisə barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı binada olan vətəndaşlar təhlükəsiz şəkildə təxliyə edilib.
Hadisə şahidi olan qonşulardan biri Baku TV-yə danışıb.
“Mən burada yaşayıram. Yanğın ikinci mərtəbədə başladı. Tüstünü görən kimi orada yaşayan yaşlı qadına xəbərdarlıq etdim, lakin o, evdən çıxmaq istəmədi. Tüstü artıq mənim evimə dolmağa başlayanda uşaqları götürüb çölə çıxdım”, – deyə o bildirib.
Kopyalandı
#Yasamal rayonu teqi istifadə olunub
- Yasamaldakı faciənin detalları | Klinikanın direktoru barədə məhkəmə qərarı - Baku TV
- Sürücülərin başına oyun açan vəziyyət | Buradan keçənlər niyə cərimələnir? - Baku TV
- Subasan yollarda dəhşətli vəziyyət | Mərkəzi küçələr niyə suya qərq oldu? - Baku TV
- Şagirdin yandırıldığı məktəbdə çəkilişə mane oldular: "Müəllimlərə əvvəldən demişdi ki..." - Baku TV
- Yasamalda irigövdəli ağacları kəsənlər ifşa olundu | Qapını üzümüzə bağlasalar da... - Baku TV
