Pleyeri seçin:
"Polis gələndə eşitdik ki..." | Bakıdakı dəhşətli qətlin təfərrüatı üzə çıxdı
Xətai rayonu, 8 Noyabr küçəsində baş verən qətl hadisəsi ilə bağlı yeni detallar məlum olub.
Məlumata görə, 32 yaşlı Rəhim Qasımov dayısı – 60 yaşlı Firdovsi Həsənovun evinə gəlib. Bu zaman dayı ilə bacısı oğlu arasında mübahisə düşüb. Mübahisə gedişində R.Qasımov kəsici alətlə dayısına xəsarət yetirib. F.Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qonşuların sözlərinə görə, mərhum bacısı oğlunu çox istəyirmiş.
“Rəhim cinayətə görə həbsdə idi, bu yaxınlarda azadlığa çıxmışdı. Azadlığa çıxan kimi də gəlib dayısını öldürdü. Mərhum TIR sürücüsü idi”, – deyə qonşulardan biri bildirib.
Hadisədən sonra polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Rəhim Qasımov saxlanılıb.
Kopyalandı
#Xətai rayonu teqi istifadə olunub
- Xətaidəki məşhur parkda görün necə özbaşınalıq etdilər | "Kimsə ailəsi ilə gəlirsə..." - Baku TV
- “Qopub tökülür uşaqların üstünə...” | Sakinləri özündən çıxaran problem niyə həll edilmir?
- Dayə kimi çalışdığı evdən 60 min manatlıq oğurluq etdi - CANLI
- “Deyirəm ki, ölür, cavab verirlər ki...” | Xəstəxanalar şəhidin qardaşını niyə qəbul etmir?
- “Əvvəl belə bir şey olmayıb” | Poliklinikanın həyətində nə baş verdi?
