“Qopub tökülür uşaqların üstünə...” | Sakinləri özündən çıxaran problem niyə həll edilmir?
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayonu Seyid Əzim Şirvani küçəsi, 10 ünvanındakı bina illərdir ki, təmirsiz vəziyyətdədir.
Sakinlərin sözlərinə görə, ətrafdakı tikililərdə təmir işləri aparılsa da, sözügedən binanın problemləri həll edilmir.
“1981-ci ildən bəri bu binada yaşayıram. Həmin vaxtdan bəri aidiyyəti qurumlar tərəfindən təmir işləri aparılmayıb. Hər şeyi özümüz etmişik”, – deyə sakin narazılığını bildirib.
“Beton plitələr uşaqların üstünə qopub tökülür. Yağış yağanda liftə belə su dolur”, – başqa bir sakin deyib.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, son illər rayon ərazisində bir çox binalar təmir olunub və bu proses davam edir. Sözügedən çoxmənzilli yaşayış binası da gələcəkdə təmir olunacaq binalar sırasındadır.
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
