"Port Baku"da ev yanır | Əməkdaşımız hadisə yerindən son məlumatları çatdırdı - Baku TV
Bakının mərkəzində yerləşən “Port Baku” yaşayış kompleksinin 11-ci mərtəbəsində güclü yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin çoxsaylı canlı qüvvəsi və texnikası, həmçinin təcili tibbi yardım briqadaları cəlb olunub.
Əraziyə çoxlu sayda polis əməkdaşları göndərilib və binada yaşayan sakinlərin təxliyəsi həyata keçirilir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.
İlkin məlumata görə, alovun qonşu mənzilə keçmə ehtimalı var və yanğınsöndürənlər bunun qarşısını almağa çalışırlar.
Yanğınla əlaqədar Kövkəb Səfərəliyeva küçəsi və ətraf yollarda nəqliyyatın hərəkəti çətinləşib, ərazidə tıxac yaranıb.
Hadisənin başvermə səbəbi, eləcə də xəsarətalanların olub-olmaması barədə hələlik rəsmi məlumat yoxdur.
#Nəsimi rayonu teqi istifadə olunub
- Mərdanov qardaşları küçəsində nə baş verir?
- Bakıda maşın yolunu zəbt etdilər, sakinlər özündən çıxdı - Baku TV
- Yeşiklər qıfıllı, zibillər isə küçədə | Zibil qutularını kim və nə üçün qıfıllayıb? - Baku TV
- Bakıda qorxulu mənzərə | “Qopub düşüb, hələ də tədbir görülməyib” - Baku TV
- Rəşid Behbudov küçəsində təhlükəli mənzərə
