Pleyeri seçin:

"Qalmışam sayğacsız, qalmışam çöllərdə" | "Azərişıq" vətəndaşı niyə işıqsız qoydu? - Baku TV

06 fevral 2026 483 baxış

Xəzər rayonunun Qala qəsəbəsində yaşayan Fuad Hüseynov iddia edir ki, yeni aldığı evinə quraşdırdığı elektrik sayğacı bir müddət sonra yoxa çıxıb.

F.Hüseynovun sözlərinə görə, sayğacı qanuni şəkildə “ASAN Kommunal” xidməti vasitəsilə quraşdırıb, lakin “Azərişıq” ASC əməkdaşları onu götürüb aparıblar.

Vətəndaş məsələni belə izah edir:

“Evi aldığım zaman sənədli, çıxarışlı idi, amma sayğac yox idi. Sayğacları qanuni şəkildə quraşdırdım. Lakin iki ay sonra gəlib gördüm ki, “Azərişıq” götürüb aparıb. Səbəb olaraq dedilər ki, bu ünvanda kiməsə borc yazılıb. Ancaq burada əvvəllər yaşayış olmayıb”.

O bildirir ki, borcun məbləği 5200 AZN-dən yuxarıdır və buna görə sayğacını götürüblər. Vətəndaş bununla kifayətlənməyərək məsələni hüquqi müstəviyə daşıyıb.

“Mən onların baş idarələrinə şikayət yazdım. Cavab məktubunda bildirildi ki, borcu ödəməliyəm. Məhkəmə qərar çıxartdı ki, ev sayğacla təmin olunmalı, mənimlə yeni müqavilə imzalanmalı və təzə abonent kodu verilməlidir. Aylardır qaranlıqda qalmışam, o gün gəlib qapımı da sındırıblar. Qalmışam sayğacsız çöllərdə”, – deyə o əlavə edib.

Məsələ ilə bağlı “Azərişıq” ASC-dən bildirilib ki, həmin evin əvvəlki sahibinin külli miqdarda borcu olub. Bu səbəbdən məsələ hüquqi müstəvidə tam aydınlaşdırılana qədər kod dondurulub. Problem öz həllini tapandan sonra isə sayğac yenidən bərpa edilib.

Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 483 baxış
Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Hadisə
22 sentyabr 2026 483 baxış
Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Hadisə
22 sentyabr 2026 483 baxış
COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 483 baxış
"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

Hadisə
22 sentyabr 2026 483 baxış
TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI

TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 483 baxış
Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV

Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV

Hadisə
22 sentyabr 2026 483 baxış
Ağdaşda bədbəxt hadisə | Tir tüfəngi ilə qonşusuna xəsarət yetirdi - Baku TV

Ağdaşda bədbəxt hadisə | Tir tüfəngi ilə qonşusuna xəsarət yetirdi - Baku TV

Hadisə
22 sentyabr 2026 483 baxış
Lənkəranda mübahisə qanla bitdi | Yeniyetmə xəstəxanada həyatını itirdi - Baku TV

Lənkəranda mübahisə qanla bitdi | Yeniyetmə xəstəxanada həyatını itirdi - Baku TV

Hadisə
22 sentyabr 2026 483 baxış
Yeniyetmə döyüldü, xəstəxanada həyatını itirdi - 24 SAAT

Yeniyetmə döyüldü, xəstəxanada həyatını itirdi - 24 SAAT

Hadisə
21 sentyabr 2026 483 baxış
Seçilmişlər
icon