Pleyeri seçin:
Rusiya məhkəməsi azərbaycanlı gənc üçün qərarını açıqladı | Deportasiyanın səbəbi
Rusiyada azərbaycanlı geyindiyi köynəyə görə ölkədən deportasiya edilib.
Buna səbəb köynəyinin üzərində Ukrayna bayrağı və Ukrayna Silahlı Qüvvələrini təmsil edən "ZSU" yazısının olmasıdır.
Həmvətənimizlə bağlı Həştərxan məhkəməsi qərar qəbul edib.
Yerli mətbuatın məlumatına görə, məhkəmə Rusiya Ordusunu “diskreditasiya” maddəsi ilə Cəlal Əlizadəni 30 000 rubl cərimələyib.
Eyni zamanda onun Rusiyadan çıxarılması və müvəqqəti saxlanma təcridxanasına salınması barəsində qərar qəbul edilib.
Soydaşımız özü gedə biləcəyini desə də, məhkəmə onu məcburi deportasiya edib.
Ölkənin təhlükəsizlik qüvvələri hesab edir ki, bu hərəkətlə həmin şəxs Rusiya qoşunlarına və ordunun davranışına inamı sarsıdıb.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
- Lavrovun səfəri gözləntiləri doğrultdu? - Rusiya, İran və ABŞ arasında nə baş verir? - Baku TV
- Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı sensasiyalı ehtimal! - AKTUAL GÜNDƏM
- Paşinyan TRIPP layihəsinə Rusiyanı niyə cəlb etmək istəyir? - Baku TV
- Paşinyan həm ABŞ, həm də Rusiya ilə münasibətləri qorumağa çalışır - Baku TV CANLI
