Pleyeri seçin:
Şadlıq evində qandonduran əməl | Hadisə şahidi hər şeyi anbaan danışdı
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində qeydə alınıb.
Məlumata görə, restoranda ofisiant işləyən iki gənc arasında yaranan mübahisə qanla nəticələnib.
Xəsarət alan rayonun Bayramlı kənd sakini 27 yaşlı Nicat Hüseynov xəstəxanaya yerləşdirilib. O, əməliyyat olunduqdan sonra paytaxtdakı xəstəxanalardan birinə təxliyə edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində N.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 31 yaşlı Novruz Orucov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Kopyalandı
#Bıçaqlanma hadisəsi teqi istifadə olunub
- "Kəpəz"in futbolçusunu küçənin ortasında bıçaqladılar | Hadisə ilə bağlı təcili məlumat - Baku TV
- Balakəndə qısqanclıq cinayətə səbəb oldu - Baku TV
- Goranboyda müharibə iştirakçısı olan şəxs dəhşətli qətl törətdi - Baku TV
- Şirvanda bıçaqlanma hadisəsi | Araşdırma aparılır - Baku TV CANLI
- Lənkəranda qanlı dava | Qardaşların mübahisəsi qorxulu anlara səbəb oldu - Baku TV
