Hadisə
Pleyeri seçin:
Sakinlər qorxu içində | Hər dəfə partlayış olur, bəlkə adam öləcəkdi?
Cəlilabadın Maşlıq kəndində elektrik xətlərinin qəzalı halda olması vətəndaşa məxsus iki baş qoyunun tələf olmasına səbəb olub.
Sakinlərin sözlərinə görə, naqillər dirəklərə kustar üsullarla bərkidildiyindən hər an təhlükə ilə üz-üzə qalmalı olurlar.
“Qoyunları “tok” vurdu. Tutub çəkmək istəyəndə, az qala məni də elektrik cərəyanı vuracaqdı. Qolum qurumuşdu. Buradan keçən uşağı “tok” vurub öldürsə, necə olacaq?!”, – deyə sakin Saleh Feyzullayev narazılıq bildirib.
Kopyalandı
Seçilmişlər