Səfirliyə terror hücumunun qarşısı alındı
Dövlət Təhlükəsizliyi Xidməti Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görən dəstəyə qarşı xüsusi əməliyyat keçirib.
Məlumatı DTX-nin mətbuat xidməti yayıb.
Belə ki, həyata keçirilən əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan vətəndaşları – 2000-ci il təvəllüdlü, "Abu Zər əl-Mühacir" dini ləqəbli İlqar İlham oğlu Quliyev, 2005-ci il təvəllüdlü, "Abdurəşid" dini ləqəbli Amin Elşad oğlu Piriyev və 2005-ci il təvəllüdlü, "Abdur rahman əl-Azəri" dini ləqəbli Elvin Sənan oğlu Əlizadənin dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb.
Bildirilib ki, adıçəkilən şəxslər İŞİD terror təşkilatının "Vilayəti-Xorasan" silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycandakı səfirliyinə terror hücumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə, dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
#Dövlət Təhlükəsizliyi Xidməti teqi istifadə olunub
- DTX-dən səfirliyə terror hücumuna qarşı xüsusi əməliyyat - Baku TV CANLI
- DTX səfirliyə terror hücumunun qarşısını necə aldı? - XÜSUSİ ƏMƏLİYYAT
- Baş nazirin sabiq birinci müavini Abbas Abbasov təcili Rusiyaya qayıtdı - Baku TV
- Milli Şuranın sədri Cəmil Həsənli DTX-yə yenidən çağırılıb
- Ramiz Mehdiyevin cinayət işi üzrə baş nazirin sabiq birinci müavini axtarışa verildi - Baku TV
