Pleyeri seçin:

Şəhidin adından görün necə istifadə etdi | Mingəçevirdə utancverici hadisə - Baku TV

27 dekabr 2025 197 baxış

Özünü antiterror əməliyyatında şəhid olan hərbçinin xanımı kimi təqdim edən Mingəçevir sakini Rəsmiyyə Kazımova həmcinsinə qarşı 22 500 manatlıq dələduzluq edib.

Məlumata görə, o, Bərdədən olan şəhidin Mingəçevirdə çox adam tərəfindən tanınmayacağını düşünərək, onun xanımı adı altında bu şəhərdə yaşayan Afət Nəsibovanı aldadıb.

Həmin qadının etibarından sui-istifadə edən 38 yaşlı Rəsmiyyə Afətə şəhid xanımı olduğu üçün ona Mingəçevir şəhəri, Qələbə dairəsi yaxınlığında 80 min manat dəyərində mənzil veriləcəyini və Afətə istəsə, təxminən 20 min manat ödəniş etməklə həmin evi onun qızına sata biləcəyini, ondan alacağı ilkin məbləğin sənədləşmə üçün xərclənəcəyini bildirib.

Afət onun dedikləri ilə razılaşıb və istədiyi məbləği ödəyib. Rəsmiyyə Afətə və onun qızına bu barədə heç kimin yanında bir kəlmə də danışmamağı tapşırıb.

Həmin ərəfələrdə Afət Nəsibova ona zəng vuraraq mütəmadi olaraq evin verilməsi ilə bağlı maraqlanıb. Rəsmiyyə isə Afətin aldadılmasını başa düşəcəyini düşünüb, onu inandırmaq məqsədilə bazardan açar alıb. O, açarı Afətə təqdim edərək tezliklə köçəcəyi evə aid olduğunu bildirib.

Rəsmiyyə Afətə açılış olmadan evə köçməyin qadağan edildiyini deyib. Rəsmiyyə inamı itirməmək üçün tez-tez "WhatsApp"da şəhid xanımı olması görüntüsü yaradan paylaşımlar edib, şəhidin şəkillərini status bölməsində yayımlayıb. 

76 yaşlı kişinin ölümü yaxınlarını şoka saldı | "Deyirdi ki, məni qızımın yanına aparın" - Baku TV

76 yaşlı kişinin ölümü yaxınlarını şoka saldı | "Deyirdi ki, məni qızımın yanına aparın" - Baku TV

Hadisə
16 fevral 2026 197 baxış
"Hamı belə ölə bilər, mən də..." - Qadın estetik əməliyyatın qurbanı oldu, yoxsa...? - Baku TV

"Hamı belə ölə bilər, mən də..." - Qadın estetik əməliyyatın qurbanı oldu, yoxsa...? - Baku TV

Hadisə
16 fevral 2026 197 baxış
Bakıda 16 yaşlı boksçunun faciəvi ölümü | Məşqçilərinin istəyinə görə... - Baku TV

Bakıda 16 yaşlı boksçunun faciəvi ölümü | Məşqçilərinin istəyinə görə... - Baku TV

Hadisə
16 fevral 2026 197 baxış
Villada qorxu dolu anlar | Sakinlər hadisə barədə nələri danışdı? - Baku TV

Villada qorxu dolu anlar | Sakinlər hadisə barədə nələri danışdı? - Baku TV

Hadisə
16 fevral 2026 197 baxış
Sumqayıtda 33 yaşlı kişi faciəvi şəkildə həyatını itirdi - Baku TV

Sumqayıtda 33 yaşlı kişi faciəvi şəkildə həyatını itirdi - Baku TV

Hadisə
15 fevral 2026 197 baxış
Dostunun 1400 manat pulunu oğurlayan şəxs saxlanıldı - Baku TV

Dostunun 1400 manat pulunu oğurlayan şəxs saxlanıldı - Baku TV

Hadisə
15 fevral 2026 197 baxış
"Heç bir düşməni yox idi" | Qızının evinə qonaq gedən kişi kanalda batıb? - Baku TV

"Heç bir düşməni yox idi" | Qızının evinə qonaq gedən kişi kanalda batıb? - Baku TV

Hadisə
15 fevral 2026 197 baxış
Naxçıvanda dəm qazı can aldı | 2 ailənin üzvləri zəhərləndi - Baku TV

Naxçıvanda dəm qazı can aldı | 2 ailənin üzvləri zəhərləndi - Baku TV

Hadisə
15 fevral 2026 197 baxış
Bir ailənin 6 üzvü dəhşət yaşadı | Hadisənin detalları - Baku TV CANLI

Bir ailənin 6 üzvü dəhşət yaşadı | Hadisənin detalları - Baku TV CANLI

Hadisə
14 fevral 2026 197 baxış
3 avtomobil toqquşdu, bir nəfər öldü | Ağcabədi

3 avtomobil toqquşdu, bir nəfər öldü | Ağcabədi

Hadisə
14 fevral 2026 197 baxış
Seçilmişlər
icon