Şəkidə Niderland vətəndaşını itlər ağır yaraladı | DSX məlumat yaydı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Şəki rayonunun Baş Zəyzid kəndinin dağlıq ərazisində Niderland Krallığının vətəndaşının köməyə ehtiyacı olması barədə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəki" sərhəd dəstəsinə məlumat daxil olub.
Bu barədə DSX-dən məlumat verilib.
Bildirilib ki, turizm məqsədilə avqustun 26-da Frankfurt-Bakı aviareysi ilə Azərbaycana gələn Niderland vətəndaşı, 47 yaşlı Kramer Anne Hestler avqustun 29-da səhər saatlarında Şəki rayonunun dağlıq ərazisində piyada yürüşə çıxıb:
“Baş Zəyzid kəndinin Çələngi yaylağı istiqamətində hərəkət edən turist itlərin hücumuna məruz qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ağır yaralı şəxsin təxliyəsi məqsədilə DSX-nin Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanlığının helikopteri ilə dərhal əraziyə Dövlət Sərhəd Xidmətinin tibb heyəti və xilasetmə qrupu göndərilib.
Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, qaranlıq hava şəraitində, çətin dağlıq relyefdə həyata keçirilən təxirəsalınmaz xilasetmə əməliyyatı nəticəsində başından və bədənindən çoxsaylı açıq yara xəsarətləri alan, köməksiz vəziyyətdə qalan Niderland vətəndaşına DSX-nin tibb heyəti tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilib və operativ şəkildə helikopterlə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq təcili əməliyyat olunub”.
#Şəki teqi istifadə olunub
- "Meyvə ağacı qıraq yandıraq?" | Şəkinin ucqar kənd sakinləri əlacsız vəziyyətdə - Baku TV
- Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV
- Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkiyə mediatur təşkil olunub - Baku TV
- Çobanlıq edən üç uşaq atasının torpaq problemi - "Ortada qalmışam" - Baku TV
- “Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV
