Sumqayıtda yanan avtobusun görüntüləri
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda sərnişin avtobusu yanıb. Hadisə 5-ci mikrorayon ərazisində, Novxanı istiqamətində gedən yolda qeydə alınıb.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanlanıb.
Qurumdan cavab olaraq bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən avtobusun hərəkətdə olduğu zaman tüstülənərək mühərrik hissəsinin yanmağa başladığı müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən avtobusun digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
