Hadisə
Pleyeri seçin:
Sumqayıtdakı zəncirvari qəzada yaralananların vəziyyəti barədə açıqlama
Sumqayıtda 5 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib.
Sülh küçəsində qeydə alınan hadisə zamanı xəsarət alan 3 nəfər xəstəxanaya aparılıb.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, başın toxumasının əziyi diaqnozu təyin edilən 1961-ci il təvəllüdlü və sol baldırın əziyi diaqnozu təyin edilən 1982-ci il təvəllüdlü şəxslərə təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıblar:
“Sol baldır sümüklərinin qapalı yerdəyişən sınığı diaqnozu təyin edilən 1980-ci il təvəllüdlü şəxsin müalicəsi isə Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır”.
Kopyalandı
Seçilmişlər