Mingəçevirdə kişinin müəmmalı ölümü | Mərhumun həyat yoldaşı hər şeyi danışdı
Yanvarın 1-də Mingəçevir sakini 52 yaşlı İlqar Baxışovun usta kimi çalışdığı obyektdə hündürlükdən yıxılaraq ağır bədən xəsarətləri aldığı və xəstəxanaya aparılaraq orada dünyasını dəyişməsi haqda məlumatlar yayılıb.
Mərhumun həyat yoldaşı isə iddia edir ki, əri avtomobil vurması nəticəsində dünyasını dəyişib.
“Yoldaşım dekabrın 30-da axşam saat 5 radələrində evdən çıxıb və saat 7-8 arası onu maşın vurub. Maşın onu divara sıxıb, bu zaman daxili qanaxması olub, orqanları sıradan çıxıb. Yoldaşımı pis vəziyyətdə xəstəxanaya apardıq, reanimasiyaya yerləşdirdilər, sonra dünyasını dəyişdi.
Bunu edən vicdansız kimdirsə, ortaya çıxsın, günahını boynuna alsın”, – deyə mərhumun həyat yoldaşı Kəmalə Baxışova söyləyib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisənin hansı zəmində baş verməsi ilə bağlı araşdırma aparılır.