Pleyeri seçin:

Tanınmış modelin işi ilə bağlı yeni xəbər | Qalmaqallı hadisənin detalları

09 aprel 2025 793 baxış

Raziyyat Əliyevanı döyərək xəsarət yetirməkdə təqsirləndirilən iş adamı Ziya Hüseynzadənin cinayət işinin məhkəmə istintaqı yenidən araşdırılır.

Cinayət işinin məhkəmə istintaqı növbəti dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni təyinat almış hakim Roman Ələkbərlinin sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, məlum cinayət işinin yeni tərkibdə araşdırılmasına səbəb daha öncə prosesə sədrlik edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin dünyasını dəyişməsidir.

Qeyd edək ki, sözügedən cinayət işi mərhum hakimin rəhbərliyi altında 2023-cü ilin yanvarından araşdırılırdı.

İttiham aktında qeyd olunur ki, model Raziyyat (Razi) Əliyevanın üzərindəki xəsarətlərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən həmin hadisənin 2023-cü ilin mayın 26-da baş verdiyi müəyyənləşdirilib.

İddia olunub ki, Ziya Hüseynzadə Raziyyat Əliyevanın Lökbatan qəsəbəsində anasına məxsus mənzilində nalayiq ifadələr səsləndirib, zor tətbiq edərək giriş qapısını zədələyib.

2017-ci ildə Azərbaycan gözəli seçilmiş model Raziyyat Əliyeva iddia edir ki, sevgilisi olmuş Ziya Hüseynzadə ona və ailəsinə qarşı zorakı hərəkətlər edib, onların ünvanına təhqir və təhdid xarakterli ifadələr səsləndirib.

Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələr ilə ittiham olunur.

Xatırladaq ki, Ziya Hüseynzadə biznes fəaliyyəti ilə məşğul olub. O, “PKF Audit Azerbaijan” MMC-yə rəhbərlik edir.

Banner
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 793 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 793 baxış
Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV

Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV

Hadisə
27 oktyabr 2026 793 baxış
Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI

Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI

Hadisə
27 oktyabr 2026 793 baxış
“Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV

“Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV

Hadisə
27 oktyabr 2026 793 baxış
Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV

Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV

Hadisə
27 oktyabr 2026 793 baxış
Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT

Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT

Hadisə
26 oktyabr 2026 793 baxış
Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV

Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV

Hadisə
26 oktyabr 2026 793 baxış
Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI

Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI

Hadisə
26 oktyabr 2026 793 baxış
Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV

Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV

Hadisə
26 oktyabr 2026 793 baxış
Seçilmişlər
icon