Pleyeri seçin:

Törətdikləri cinayəti gizlətmək üçün... | Rusiyalı qadının qətli barədə dəhşətli faktlar

06 mart 2025 569 baxış

On iki il əvvəl adam öldürməkdə təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Prokurorluğu və xarici ölkələrin hüquq-mühafizə orqanlarının cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı davam edir.

Həyata keçirilən kompleks tədbirlərin davamı kimi, ötən il dekabrın 27-də Rusiya Federasiyasının Baş Prokurorluğu vasitəsilə İstintaq Komitəsindən 1993-cü il təvəllüdlü Azaliya Asanovanın sağlamlığına ağır zərər vurulması faktı üzrə başlanan cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

İbtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib. İstintaqla 2013-cü il iyunun 25-də Azərbaycan Respublikası vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında cari il martın 5-də S.Məmişov və E.Xuduyev Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu ötən illərdən bağlı qalan cinayət işlərinin açılması istiqamətində beynəlxalq əməkdaşlığı uğurla davam etdirir və xarici ölkələrin hüquq-mühafizə orqanları ilə birgə effektiv istintaq tədbirləri həyata keçirir.

Banner
Kürdəmirdə yolda yuxuluyan sürücünün hərəkəti faciəyə səbəb oldu - Baku TV CANLI

Kürdəmirdə yolda yuxuluyan sürücünün hərəkəti faciəyə səbəb oldu - Baku TV CANLI

Hadisə
16 oktyabr 2026 569 baxış
“5 qadın hücum çəkdi, kişilər də...” | Kirayəçi və ev sahibi arasında görünməmiş qalmaqal - Baku TV

“5 qadın hücum çəkdi, kişilər də...” | Kirayəçi və ev sahibi arasında görünməmiş qalmaqal - Baku TV

Hadisə
16 oktyabr 2026 569 baxış
"Boynu üstə yıxılıb, kömək də etməyiblər" | Bağçada dəhşət - "Məndən 5 min tələb etdi” - Baku TV

"Boynu üstə yıxılıb, kömək də etməyiblər" | Bağçada dəhşət - "Məndən 5 min tələb etdi” - Baku TV

Hadisə
16 oktyabr 2026 569 baxış
Sumqayıtdakı bağçada qorxulu hadisə yaşandı - Baku TV CANLI

Sumqayıtdakı bağçada qorxulu hadisə yaşandı - Baku TV CANLI

Hadisə
16 oktyabr 2026 569 baxış
Ailə qurmağa hazırlaşırdı, amma... | 20 yaşlı Rəşadın yarım qalan arzuları - Baku TV

Ailə qurmağa hazırlaşırdı, amma... | 20 yaşlı Rəşadın yarım qalan arzuları - Baku TV

Hadisə
15 oktyabr 2026 569 baxış
“Gözlənilməz bir şey oldu” | Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən gənc vəfat etdi - Baku TV

“Gözlənilməz bir şey oldu” | Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən gənc vəfat etdi - Baku TV

Hadisə
15 oktyabr 2026 569 baxış
Atasının qətlində təqsirli bilinən Ayxan Vəlizadə barədə hansı qərar verildi? - Baku TV

Atasının qətlində təqsirli bilinən Ayxan Vəlizadə barədə hansı qərar verildi? - Baku TV

Hadisə
15 oktyabr 2026 569 baxış
Azərbaycanın ilk qadın snayperi Növrəstə Yusifova vəfat etdi - Baku TV

Azərbaycanın ilk qadın snayperi Növrəstə Yusifova vəfat etdi - Baku TV

Hadisə
14 oktyabr 2026 569 baxış
Dərmanların keyfiyyətinə kim nəzarət edir? - Sumqayıtdakı hadisənin səbəbi - Baku TV

Dərmanların keyfiyyətinə kim nəzarət edir? - Sumqayıtdakı hadisənin səbəbi - Baku TV

Hadisə
14 oktyabr 2026 569 baxış
Məhkəmədən plastik cərrah Türkan Gündüzü qətlə yetirən əri barədə qərar - Baku TV

Məhkəmədən plastik cərrah Türkan Gündüzü qətlə yetirən əri barədə qərar - Baku TV

Hadisə
14 oktyabr 2026 569 baxış
Seçilmişlər
icon