Toy az qala faciəyə çevriləcəkdi | 50-ə yaxın sakin niyə xəstəxanalıq oldu? - Baku TV
Kürdəmir rayonunda toy mərasimində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Hadisə rayon ərazisində yerləşən “Günəş” şadlıq sarayında qeydə alınıb. Mərasim başladıqdan bir müddət sonra qonaqlardan bir neçəsinin halı pisləşib. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq həkim nəzarətinə götürülüblər.
Daha sonra zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin sayı 50-yə çatıb. Zəhərlənənlərin sayının artacağı istisna edilmir.
Şadlıq sarayının nəzarətçisi bildirib ki, mərasimdə təqdim olunan yeməklərdən həm qonaqlar, həm də əməkdaşlar yeyib:
“Məhsulları toy sahibi özü gətirmişdi, biz də bişirib qonaqlara vermişik. Həmin yeməklərdən işçilər də yeyib. Bizdə heç bir problem olmayıb. Zəhərlənmənin sudan olduğu deyilir, amma dəqiq bilmirik”.
Hadisə ilə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Zəhərlənmənin səbəbləri araşdırılır.
#Kürdəmir teqi istifadə olunub
- Kürdəmirdə şadlıq məclisində yüzə yaxın sakin dəhşət yaşadı - Baku TV CANLI
- Kürdəmirdə 51 yaşlı kənd sakini ildırım vurması nəticəsində həyatını itirdi - 24 SAAT
- Kürdəmirdə dəhşətli hadisə | Heyvan otarmaq istəyən çobanı ildırım vurdu - Baku TV
- Kürdəmirdə 7 otaqlı ev yanaraq külə döndü - Baku TV
- İşıqlandırılmayan yolda növbəti qəza | Yaralılar var - Baku TV CANLI
