"Yollar çöküb, uçqun əmələ gəlib" | Quba-Xınalıq yolunda son vəziyyət necədir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər yağan intensiv yağışlar Quba–Xınalıq avtomobil yolunda torpaq sürüşmələrinə səbəb olub. Yolun 30-cu kilometrliyində iri qaya parçaları və palçıq kütləsi yolun hərəkət hissəsinə tökülüb. Nəticədə, sözügedən istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşıb.
Sakinlər hadisə ilə bağlı Baku TV-yə danışıblar.
“Qırızdəhnə kəndinə istirahətə gəlmişdik. Bakıya qayıdanda gördük ki, yol çöküb. Burada qalmışıq, yolun açılmasını gözləyirik”, – onlardan biri söyləyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yolun hərəkət hissəsinin torpaq və qaya kütləsindən təmizlənməsi istiqamətində işlərin qısa müddətdə yekunlaşdırılması və ərazidə nəqliyyat vasitələrinin hərəkətinin tam bərpa olunması nəzərdə tutulur.
#Quba-Xınalıq yolu teqi istifadə olunub
- Xınalığa üz tutan turistlərin diqqətinə | Hərəkət məhdudlaşdı - 24 SAAT
- Quba-Xınalıq yolunda çətinlik | Yağan qar hərəkəti məhdudlaşdırdı - Baku TV
- Dağdan qopan torpaq 8 kəndi bir anda çıxılmaz vəziyyətdə qoydu - Baku TV
- Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi | 8 kəndlə əlaqə kəsildi - Baku TV
- Qorxulu vəziyyət: Quba-Xınalıq yolu bağlandı | Sürücülər yolda qaldı - Baku TV CANLI
