Tükürpərdən hadisə | "Baksol yolu" ərazisindəki dəhşətli yanğının detalları üzə çıxdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Binəqədi rayonunda, "Baksol yolu" kimi tanınan ərazidə yerləşən fərdi yaşayış evində tükürpərdici hadisə baş verib. Baku TV-nin məlumatına görə, aprelin 17-də səhər saatlarında baş vermiş güclü partlayış dəhşətli yanğına səbəb olub. Hadisə nəticəsində iki ev tamamilə yararsız vəziyyətə düşüb, ətrafdakı tikililərə ciddi ziyan dəyib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları və təcili tibbi yardım qüvvələri cəlb olunub. İlkin ehtimallara görə, partlayışa qaz sızması səbəb ola bilər. Videoda yanğının söndürülmə anı, dağıntılar altından çıxarılan əşyalar və zərərçəkmiş sakinlərin faciəvi vəziyyəti ilə bağlı ən son detallar təqdim olunur. Hüquq-mühafizə orqanları hadisənin dəqiq səbəblərini araşdırır.
#Binəqədi teqi istifadə olunub
- 28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir
- Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV
- “Dəhşətli qoxu gəlir, gediş-gəliş çətinləşir” | Hökməli sakinlərini boğaza yığan mənzərə - Baku TV
- Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV
- Vətəndaşlar şikayət edir | Tikinti şirkəti niyə narazılığa səbəb oldu? - Baku TV CANLI
