Pleyeri seçin:

Türmədən çıxdı, qızına görə yenidən həbs olundu - SONUNCU ŞAHİD

04 avqust 2023 138 baxış

Ata qızının təhsil haqqını ödəmək üçün oğurluq etdiyi evin sahibini öldürərək yenidən həbs olunub.

Belə ki, həbsxanadan çıxdıqdan sonra müxtəlif yerlərdə tikintidə fəhlə işləyən Mirzə (Adlar şərtidir) qızı Aysu ilə birlikdə yaşayırdı. Universitetlərdən birində ödənişli əsaslarla təhsil alan Aysu bir gün atasına deyir ki, ödənişi edə bilməsə, onu universitetdən xaric edəcəklər.

Mirzə həbsxana həyatından sonra bir çox adama borclu olduğu üçün o məbləği ətrafında olan heç kəsdən borc kimi belə ala bilməyəcəyini anlayır və oğurluq etmək qərarına gəlir.

Mirzə gecə yarısı gündüzdən gözaltı etdiyi evə oğurluğa gəlir və ev sahibinin içəridə olduğunu görür. Evin sahibi oyananda ondan bütün pulları verməsini tələb edir. O isə pulu gətirəndə qəflətən Mirzəyə hücum edir. Mirzə belindəki çəkici çıxararaq ona ard-arda zərbələr endirir. Ev sahibi aldığı zərbələrdən hadisə yerində həyatını itirir.

Daha sonra Mirzə oğurluq etdiyi evdən götürdüyü pulu qızına verir ki, təhsil haqqı üçün saxlasın. Məbləğin qalanını isə sonra tapacağını deyir.

Mirzə növbəti gün yeni bir evi qarət etmək fikrinə düşür. Küçədə addımlayarkən təsadüfən bir qadını izləyir və onun yaşadığı evin yaxınlığına qədər gedir.

Bir neçə gün müşahidə apardıqdan sonra evə oğurluğa gəlir. O, axtarış apararkən evin sahibi gəldiyi üçün qaçıb gizlənir. Daha sonra belindən çıxardığı bıçaqla qadına hədə-qorxu gəlib, pulları tələb edir. Qadın isə pulları verəndən sonra qışqırır və Mirzə qorxub hadisə yerindən qaçır.

O, sonra oğurladığı pulu qızına verib, təhsil haqqını ödəməsini istəyir. Elə həmin gün Mirzə polis tərəfindən şübhəli şəxs qısmində saxlanılaraq həbs edilir.

Bakıda şagird ölümlə üz-üzə qaldı | Anbaan görüntülər

Bakıda şagird ölümlə üz-üzə qaldı | Anbaan görüntülər

Hadisə
20 dekabr 2025 138 baxış
Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat

Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat

Hadisə
20 dekabr 2025 138 baxış
Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

Hadisə
20 dekabr 2025 138 baxış
Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat - Baku TV CANLI

Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat - Baku TV CANLI

Hadisə
20 dekabr 2025 138 baxış
2 yaşlı oğlan faciəvi şəkildə öldü | Babası dəhşətli hadisəni anbaan danışdı - Baku TV

2 yaşlı oğlan faciəvi şəkildə öldü | Babası dəhşətli hadisəni anbaan danışdı - Baku TV

Hadisə
20 dekabr 2025 138 baxış
“Biri yerdə idi, qatarın üstündə...” | 15 yaşlı yeniyetmə dəhşət yaşadı - Baku TV

“Biri yerdə idi, qatarın üstündə...” | 15 yaşlı yeniyetmə dəhşət yaşadı - Baku TV

Hadisə
19 dekabr 2025 138 baxış
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti dənizdən çıxarıldı - Baku TV

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti dənizdən çıxarıldı - Baku TV

Hadisə
19 dekabr 2025 138 baxış
Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Hadisə
19 dekabr 2025 138 baxış
“Gördüm ki, cırmaqlayır, 2 dəqiqəyə öldü” | 22 yaşlı gəncin faciəvi sonu - Baku TV

“Gördüm ki, cırmaqlayır, 2 dəqiqəyə öldü” | 22 yaşlı gəncin faciəvi sonu - Baku TV

Hadisə
19 dekabr 2025 138 baxış
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı | FHN görüntülər yaydı - Baku TV

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı | FHN görüntülər yaydı - Baku TV

Hadisə
19 dekabr 2025 138 baxış
Seçilmişlər
icon