Pleyeri seçin:

“Uşaq ana deyəndə biz ona nə verək?” | Ölən ananın yaxınları hər şeyi danışıb fəryad etdi

13 avqust 2025 824 baxış

Qusarda ana ölümü qeydə alınıb.

Xuray kənd sakini Yasəmən Ospatova ikinci övladını dünyaya gətirmək üçün xəstəxanaya gətirilib. O, doğuşdan sonra həyatını itirib.

Mərhumun həyat yoldaşı Zakir Ospatov hadisənin həkim səhlənkarlığı səbəbindən baş verdiyini söyləyib.

“Əməliyyat uzun çəkdi. Səbəbini soruşanda əməliyyatın ağır keçdiyini dedilər. Sonra həyat yoldaşımı reanimasiyaya yerləşdirdilər. Səhər mənə zəng gəldi, təcili xəstəxanaya çağırdılar və yoldaşımın vəfat etdiyini dedilər. Günahı həkimdə görürəm. Birinci övladımız dünyaya gələndə də yoldaşımın başına belə hadisə gətirmişdi”, – deyə o əlavə edib.

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, avqustun 11-də 38-39 həftəlik hamilə qadın Qusar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə müraciət edib. 33 yaşlı şəxsə zəruri laborator və instrumental xidmətlər göstərilib, qeysəriyyə kəsiyi əməliyyatına zərurət yarandığı bildirilib.

Əməliyyatdan sonra pasiyentdə ağciyər arteriyasının tromboemboliyası, ağciyər, qaraciyər, böyrək və ürək çatışmazlığı, eyni zamanda tromboz (qan laxtalanması) müşahidə olunduğundan müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

Avqustun 12-si saat 08:30 radələrində vəziyyəti pisləşən pasiyentdə ürək döyüntüləri müşahidə olunmayıb. Dərhal zəruri tibbi xidmətlər göstərilib və pasiyentin ürək fəaliyyəti bərpa edilib. Daha sonra ixtisaslı həkim-mütəxəssis baxışı həyata keçirilib və sağlamlıq vəziyyəti yenidən qiymətləndirilib.

Pasiyentin vəziyyəti gecə saatlarında təkrar pisləşib və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 23:40 radələrində şəxsin ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Banner
“Həbsə girib-çıxır, olan mənə olur” | Dayıoğlu və bibioğlu arasında qalmaqallı hadisə - Baku TV

“Həbsə girib-çıxır, olan mənə olur” | Dayıoğlu və bibioğlu arasında qalmaqallı hadisə - Baku TV

Hadisə
24 oktyabr 2026 824 baxış
Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI

Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI

Hadisə
24 oktyabr 2026 824 baxış
Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV

Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV

Hadisə
24 oktyabr 2026 824 baxış
Bakıda hoteldə dəhşətli qətl | Oğlan “Günel” ləqəbli kişi ilə görüşə gedəndə isə... - Baku TV

Bakıda hoteldə dəhşətli qətl | Oğlan “Günel” ləqəbli kişi ilə görüşə gedəndə isə... - Baku TV

Hadisə
24 oktyabr 2026 824 baxış
Paytaxtda qanlı hadisə | Kafedə aləm bir-birinə dəydi - Baku TV CANLI

Paytaxtda qanlı hadisə | Kafedə aləm bir-birinə dəydi - Baku TV CANLI

Hadisə
24 oktyabr 2026 824 baxış
Qonşu kənddə işə getmişdi, amma qayıtmadı | Salyanda ölümlə nəticələnən bədbəxt hadisə - Baku TV

Qonşu kənddə işə getmişdi, amma qayıtmadı | Salyanda ölümlə nəticələnən bədbəxt hadisə - Baku TV

Hadisə
23 oktyabr 2026 824 baxış
Sosial şəbəkədə qurulan görüşlərdən biri ölümlə nəticələnib - Baku TV CANLI

Sosial şəbəkədə qurulan görüşlərdən biri ölümlə nəticələnib - Baku TV CANLI

Hadisə
23 oktyabr 2026 824 baxış
Çörəkpulu qazanmaq üçün getdiyi iş faciə ilə bitdi - Baku TV CANLI

Çörəkpulu qazanmaq üçün getdiyi iş faciə ilə bitdi - Baku TV CANLI

Hadisə
23 oktyabr 2026 824 baxış
"Tövlədə inək sağırdım" | Ordubadın kəndlərində sel fəsadları - Baku TV

"Tövlədə inək sağırdım" | Ordubadın kəndlərində sel fəsadları - Baku TV

Hadisə
23 oktyabr 2026 824 baxış
Ordubad rayonunun kəndlərində yollara və təsərrüfatlara ziyan dəydi - Baku TV

Ordubad rayonunun kəndlərində yollara və təsərrüfatlara ziyan dəydi - Baku TV

Hadisə
23 oktyabr 2026 824 baxış
Seçilmişlər
icon