Pleyeri seçin:

“Venesiya” şadlıq sarayında dəhşətli mənzərə | Hadisənin detalları üzə çıxdı

30 aprel 2025 556 baxış

Qida Təhlükəsizliyi Agentliyi paytaxtdakı “Venesiya” şadlıq sarayında plandankənar yoxlama keçirib.

Yoxlama zamanı obyektin mətbəxində ciddi nöqsanlar aşkar edilib. Müəssisədə dezinfeksiya işlərinin sənədləşdirilməməsi, işçilərin gigiyenik təlimlərə cəlb olunmaması, izləmə sisteminin olmaması, əl yuma şəraitinin təmin edilməməsi, havalandırma sistemlərinin işlək vəziyyətdə olmaması və istifadə edilən avadanlıqlarda korroziya və təmizliklə bağlı ciddi çatışmazlıqlar müşahidə edilib.

Həmçinin tullantıların idarə olunması, temperatur rejiminin qorunması və qida məhsullarının saxlanma şəraitində də ciddi pozuntular qeydə alınıb.

Bununla yanaşı, işçi heyətin əllərindən yaxma nümunələri götürülərək sınaq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində obyektdə qida məhsullarının hazırlanması və saxlanması zamanı sanitar-gigiyenik tələblərə riayət edilməməsinin və çarpaz çirklənmənin qida zəhərlənməsinə səbəb olduğu müəyyən edilib.

Aşkar edilmiş pozuntularla əlaqədar müəssisə rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib edilib, “Venesiya” şadlıq sarayının mətbəx sahəsinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.

Faktla bağlı toplanmış materiallar hüquq-mühafizə orqanının sorğusu əsasında müvafiq olaraq təqdim edilib.

Qeyd edək ki, aprelin 18-də “Venesiya” şadlıq sarayında keçirilmiş toy mərasimində 55 nəfərin kütləvi zəhərlənməsi halı qeydə alınmışdı.  

Bakının mərkəzində restoran yandı | Bina sakinləri ayağa qalxdı - Baku TV

Bakının mərkəzində restoran yandı | Bina sakinləri ayağa qalxdı - Baku TV

Hadisə
13 aprel 2026 556 baxış
Tovuzda yanğın hadisəsi | Köməksiz qalan şəxs təxliyə olundu - Baku TV

Tovuzda yanğın hadisəsi | Köməksiz qalan şəxs təxliyə olundu - Baku TV

Hadisə
13 aprel 2026 556 baxış
İmişlidə bədbəxt hadisə | Sinir xəstəsi olan şəxs evdə yanaraq dünyasını dəyişdi - Baku TV

İmişlidə bədbəxt hadisə | Sinir xəstəsi olan şəxs evdə yanaraq dünyasını dəyişdi - Baku TV

Hadisə
12 aprel 2026 556 baxış
Göyçayda itkin düşən şəxslə bağlı faciəvi xəbər | Mərhumun qohumu danışdı - Baku TV

Göyçayda itkin düşən şəxslə bağlı faciəvi xəbər | Mərhumun qohumu danışdı - Baku TV

Hadisə
11 aprel 2026 556 baxış
Masazırda iki qadın amansızlıqla qətlə yetirildi | Mühafizə orqanları hərəkətə keçdi - ANA XƏBƏR

Masazırda iki qadın amansızlıqla qətlə yetirildi | Mühafizə orqanları hərəkətə keçdi - ANA XƏBƏR

Hadisə
11 aprel 2026 556 baxış
Masazırda qandonduran qətl | Hadisə şahidi də amansızlıqla öldürüldü? - Baku TV

Masazırda qandonduran qətl | Hadisə şahidi də amansızlıqla öldürüldü? - Baku TV

Hadisə
11 aprel 2026 556 baxış
Xətaidə torpaq sürüşdü | Avtomobillərə ziyan dəydi - Baku TV

Xətaidə torpaq sürüşdü | Avtomobillərə ziyan dəydi - Baku TV

Hadisə
11 aprel 2026 556 baxış
Sumqayıtda kioskun içində kişi meyiti aşkarlandı - Baku TV

Sumqayıtda kioskun içində kişi meyiti aşkarlandı - Baku TV

Hadisə
11 aprel 2026 556 baxış
Arvadını öldürən şəxsin məhkəməsi | Ata oğluna ən ağır cəza tələb etdi - Baku TV

Arvadını öldürən şəxsin məhkəməsi | Ata oğluna ən ağır cəza tələb etdi - Baku TV

Hadisə
11 aprel 2026 556 baxış
Kürdəmirdə dəfələrlə partlayan su xətti sakinlərə çətin anlar yaşadır - Baku TV

Kürdəmirdə dəfələrlə partlayan su xətti sakinlərə çətin anlar yaşadır - Baku TV

Hadisə
10 aprel 2026 556 baxış
Seçilmişlər
icon