Pleyeri seçin:

Xəstəxanaya gələndən 1 saat sonra... | Sumqayıtda qadının ölümünə nə səbəb oldu?

26 noyabr 2025 215 baxış

Sumqayıtda qadının iynədən öldüyü bildirilir.

Hadisə şəhərin 45-ci məhəlləsində 3 saylı Ailə Sağlamlıq Mərkəzində qeydə alınıb.

Mərhumun qonşusu Pəri Hacıyeva hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.

“Axşam eşitdim ki, iynə vurdurmağa gedib. Bundan sonra şoka düşərək dünyasını dəyişib”, – o söyləyib.

Hadisə ilə bağlı Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, noyabrın 25-də saat 10:30-da 1953-cü il təvəllüdlü şəxs (qadın) yüksək təzyiq şikayəti ilə 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinə müraciət edib:

“Xəstəyə həkim təyinatı əsasında “Aktoseril” preparatının inyeksiyası icra edilib. İnyeksiya zamanı xəstənin halı pisləşib, qəfil və sürətlə inkişaf edən anafilaktik şok reaksiyası baş verib.

Tibb personalı tərəfindən anafilaktik vəziyyətlərlə bağlı mövcud klinik protokollara uyğun olaraq dərhal təcili tibbi yardım tədbirləri görülüb, pasiyentin həyat fəaliyyətinin bərpası üçün bütün zəruri müdaxilələr ardıcıl şəkildə icra edilib.

Bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 11:30-da şəxsin bioloji ölüm faktı qeydə alınıb. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib”.

Qeyd olunub ki, prosedur tibbi təyinat və elektron qeydiyyat əsasında, preparatın seriya nömrəsi və yararlılıq müddəti yoxlanıldıqdan sonra sanitariya-gigiyena tələblərinə tam riayət edilməklə sertifikatlı tibb bacısı tərəfindən icra olunub:

“İnyeksiya otağı normativlərə uyğun şəkildə təchiz edilib, o cümlədən anafilaktik şok zamanı tələb olunan adrenalin, antihistamin preparatlar, tibbi avadanlıq tam hazır vəziyyətdə olub. Hadisə baş verən anda tibbi heyət tərəfindən Təcili Yardım Protokolları üzrə bütün müvafiq müdaxilələr vaxtında və düzgün şəkildə həyata keçirilib”.

Faktla bağlı araşdırma aparılır. 

Masazır sakini dəm qazından boğularaq həyatını itirdi - Baku TV

Masazır sakini dəm qazından boğularaq həyatını itirdi - Baku TV

Hadisə
06 fevral 2026 215 baxış
Dövlət Gömrük Komitəsi əməliyyat keçirdi | Gizlədilən qablaşdırmalar ortaya çıxdı - Baku TV

Dövlət Gömrük Komitəsi əməliyyat keçirdi | Gizlədilən qablaşdırmalar ortaya çıxdı - Baku TV

Hadisə
06 fevral 2026 215 baxış
"Qalmışam sayğacsız, qalmışam çöllərdə" | "Azərişıq" vətəndaşı niyə işıqsız qoydu? - Baku TV

"Qalmışam sayğacsız, qalmışam çöllərdə" | "Azərişıq" vətəndaşı niyə işıqsız qoydu? - Baku TV

Hadisə
06 fevral 2026 215 baxış
Sumqayıtda məktəblilər arasında tükürpərdən hadisə | "Onların psixoloji vəziyyəti..." - Baku TV

Sumqayıtda məktəblilər arasında tükürpərdən hadisə | "Onların psixoloji vəziyyəti..." - Baku TV

Hadisə
06 fevral 2026 215 baxış
Dövlət qurumları Sumqayıtdakı məktəbdə baş verən hadisə barədə açıqlama yaydı - Baku TV CANLI

Dövlət qurumları Sumqayıtdakı məktəbdə baş verən hadisə barədə açıqlama yaydı - Baku TV CANLI

Hadisə
06 fevral 2026 215 baxış
Liseydə şok hadisə: Şagirdin müəllimi güllələməsinin detalları | Hadisə şahidləri danışdı - Baku TV

Liseydə şok hadisə: Şagirdin müəllimi güllələməsinin detalları | Hadisə şahidləri danışdı - Baku TV

Hadisə
06 fevral 2026 215 baxış
DİN-dən liseydəki insidentlə bağlı təcili açıqlama - Baku TV CANLI

DİN-dən liseydəki insidentlə bağlı təcili açıqlama - Baku TV CANLI

Hadisə
06 fevral 2026 215 baxış
Bakıda dəhşətə gətirən hadisə | Şagird müəllimini niyə güllələdi? - Baku TV

Bakıda dəhşətə gətirən hadisə | Şagird müəllimini niyə güllələdi? - Baku TV

Hadisə
06 fevral 2026 215 baxış
Bakıda məşhur liseydə silahlı insident | Baku TV hadisə yerində - CANLI

Bakıda məşhur liseydə silahlı insident | Baku TV hadisə yerində - CANLI

Hadisə
06 fevral 2026 215 baxış
Sumqayıtda bədbəxt hadisə | 36 yaşlı kişi dəm qazından vəfat etdi - Baku TV

Sumqayıtda bədbəxt hadisə | 36 yaşlı kişi dəm qazından vəfat etdi - Baku TV

Hadisə
06 fevral 2026 215 baxış
Seçilmişlər
icon