Pleyeri seçin:
Xətaidə moteli alov bürüdü | FHN-dən təcili məlumat
Bakıda moteldə yanğın baş verib.
Bu barədə Baku TV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən moteldə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 465 kvadratmetr olan birmərtəbəli moteldə baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində motelin 4 otağının yanar konstruksiyaları 150 kvadratmetr sahədə yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub.
Kopyalandı
#Xətai rayonu teqi istifadə olunub
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
- Xətaidə oğul 51 yaşlı ananı xəstəxanalıq etdi - Baku TV
- “Yazıq balalar...” | Xətaidəki faciənin detalları | “Düşüb üstünə, yorğanın tükü boğub...” - Baku TV
- Xətaidə qorxulu yanğın | Kişini ölümə aparan hadisə necə baş verib? - Baku TV CANLI
