Pleyeri seçin:
"Yanında uşaqlar olub..." | Şamaxıda azyaşlının faciəvi ölümünün detalları məlum oldu - Baku TV
Şamaxı rayonunun Çuxuryurd kəndində bədbəxt hadisə baş verib.
Kənd sakini, 7 yaşlı Səlim Samıyev oyun oynayarkən su çəlləyinə düşüb. Uşağın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə zamanı onun yanında digər azyaşlı uşaqların da olduğu bildirilir. Onlar baş verənlər barədə böyüklərə məlumat verəndə artıq gec olub. Səlim hadisə yerində dünyasını dəyişib.
Kənd sakinlərindən biri hadisə ilə bağlı bunları deyib:
“Dedilər, çəlləkdə su olub. Uşaq oynayarkən suya düşüb, çıxa bilməyib. Allah rəhmət etsin”.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Kopyalandı
