Pleyeri seçin:

Yeməyinə siçan zəhəri qatmaq istədi, amma... | Qətl necə törədildi?

21 may 2025 729 baxış

Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və sifarişi icra etməkdə təqsirləndirilənlər – Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin cinayət işinin məhkəmə istintaqı yenidən aparılacaq.

Buna səbəb isə iki il əvvəl sözügedən cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinin mərhum hakimi Səyavuş Hacıyevin icraatında araşdırılması olub.

2024-cü ildə hakim dünyasını dəyişdiyindən işin məhkəmə araşdırması tamamlanmamış hesab olunaraq yeni hakimin – Roman Ələkbərlinin icraatına verilib. Yeni icraatda keçirilən ilk baxış iclasında prokuror təqsirləndirilənlərə ittiham aktını elan edib.

Qeyd edək ki, hadisə 2023-cü il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlinin ona xəyanət etdiyini əsas gətirərək yeməyinə siçan əleyhinə dərman qatıb zəhərləməyə cəhd edib. Sonradan isə fikrindən daşınıb, onu öldürtmək qərarına gəlib.

İttihamda qeyd olunur ki, Əzizə Seyidova ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan quraraq Əli Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-cü il martın 15-də Əzizə Seyidova Mehdi Məmmədli ilə əlaqə saxlayaraq planı icra etməyi tapşırıb.

Bundan sonra Mehdi Məmmədli dostları ilə birlikdə gecə saatlarında Əli Seyidlinin qarşısını kəsərək ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.

Təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Bakının Xətai rayonunda güclü yanğın baş verib - Baku TV

Bakının Xətai rayonunda güclü yanğın baş verib - Baku TV

Hadisə
09 avqust 2026 729 baxış
Xətai rayonunda dəhşətli yanğın | FHN qüvvələri hadisə yerində - Baku TV CANLI

Xətai rayonunda dəhşətli yanğın | FHN qüvvələri hadisə yerində - Baku TV CANLI

Hadisə
09 avqust 2026 729 baxış
Sumqayıtda binada yanğın | Sakinlər təxliyə edildi - Baku TV CANLI

Sumqayıtda binada yanğın | Sakinlər təxliyə edildi - Baku TV CANLI

Hadisə
09 avqust 2026 729 baxış
Qalmaqallı prosesin detalları | Səfərbərlik Xidmətinin əməkdaşları nədə ittiham olunurlar? - Baku TV

Qalmaqallı prosesin detalları | Səfərbərlik Xidmətinin əməkdaşları nədə ittiham olunurlar? - Baku TV

Hadisə
09 avqust 2026 729 baxış
Toy mahnısı ilə əməliyyat edən həkimə görə təcili tədbir | Baku TV çəkdi, nazirlik hərəkətə keçdi

Toy mahnısı ilə əməliyyat edən həkimə görə təcili tədbir | Baku TV çəkdi, nazirlik hərəkətə keçdi

Hadisə
08 avqust 2026 729 baxış
Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Hadisə
08 avqust 2026 729 baxış
İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

Hadisə
08 avqust 2026 729 baxış
Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Hadisə
08 avqust 2026 729 baxış
Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Hadisə
08 avqust 2026 729 baxış
Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Hadisə
07 avqust 2026 729 baxış
Seçilmişlər
icon