Pleyeri seçin:
Yeniyetmə 56 yaşlı qonşusunu qətlə yetirdi
Bərdədə 17 yaşlı gənc 56 yaşlı qonşusunu qətlə yetirib. Hadisə rayonun Qarağacı kəndində qeydə alınıb.
Kəlbəcər rayon sakini Zöhrab Əsgərov şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qonşusu Kəlbəcər rayon sakini Sahib Bayramova bıçaqla xəsarət yetirib.
Zərərçəkmiş kəsilmiş-deşilmiş xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin tibbi yardım göstərməsinə baxmayaraq, zərərçəkmiş vəfat edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Zöhrab Əsgərov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Bərdə teqi istifadə olunub
