Pleyeri seçin:
Yevlaxda ağır qəza: 3 maşın bir-biri ilə toqquşdu
Yevlaxda zəncirvari qəza baş verib. Hadisə rayonun İrəvanlı kəndi ərazisində, İncəçay körpüsünün yaxınlığında qeydə alınıb.
Şəmkir rayon sakini Mehdi Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtombil hərəkətdə olarkən qarşıdan gələn traktora çırpılıb. Daha sonra avtomobil həmin yolda hərəkət edən “Reno” markalı minik maşını ilə də toqquşub.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Kopyalandı