Yevlaxda meyiti yoxa çıxan şəxsin qohumu danışdı
Yevlaxda ağır yol qəzası baş verib. Hadisə rayonun Kolanı kəndində qeydə alınıb.
2003-cü il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobilin aşması nəticəsində 2 nəfər həyatını itirib, daha 3 nəfər xəsarət alıb.
Avtomobildə olan sərnişin 2007-ci il təvəllüdlü Fərzəliyev Şahlar Səxavət oğlu hadisə yerində həyatını itirib. Digər sərnişinlər – 2006-cı il təvəllüdlü Hacızadə Məmməd Elnur oğlu, 2003-cü il təvəllüdlü Məhərrəmov Mikayıl Həsrət oğlu və Yusifov Əli Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Şəhər Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Hadisədən sonra sürücü Vəfadar İsmayılzadəni qəzanın baş verdiyi yerdə aşkar etmək mümkün olmayıb. V.İsmayılzadənin tapılması istiqamətində axtarış tədbirləri görülür. Faktla bağlı cinayət işi başladılıb, araşdırma aparılır.
#Yevlax teqi istifadə olunub
- Yevlaxda baş verən yanğın ailə faciəsinə səbəb oldu - Baku TV
- Yevlaxda faciəvi hadisə | "Bir gün sonra xəbər tutduq ki..."
- Bütün kəndi şoka salan qətlin detalları | "Hamısı tökülüb gəldi ki..."
- Qaraçı qız çəkiliş qrupunu qovdu | "Namus, qeyrət - hamısı qaraçıda var" | KƏNDİNƏ QAYIT
- Yevlaxda ağaca çırpılan avtomobil tanınmaz hala düşdü
