Pleyeri seçin:
AFFA Sumqayıtda uşaqların futbol oynaması üçün əlverişli şərait yaratdı
Bir müddət öncə Sumqayıtda “Kimyaçılar şəhərciyi”ndə azyaşlılar futbol oynamaq üçün meydança çatışmazlığından və tapdıqları boş ərazinin şəraitsizliyindən şikayət etmişdilər.
Onlar Baku TV vasitəsilə AFFA-ya müraciət edərək daha uyğun şərait yaradılmasını xahiş etmişdilər.
AFFA müraciətə biganə qalmayıb. Federasiya ərazidəki meydançanı abadlaşdıraraq uşaqların istifadəsinə verib, həmçinin onlara futbol geyimləri və toplar hədiyyə edib.
Qeyd edək ki, meydanın təmizlənməsi və quruculuq işlərində “Azərkimya” və yerli bələdiyyə də iştirak edib.
Kopyalandı
