Pleyeri seçin:

Atıcılıq üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb

29 avqust 2023 425 baxış

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatının sona yaxınlaşdığı bir məqamda yarışda qeydə alınan rekordlara və maraqlı nəticələrə nəzər salmaq yaxşı olardı.

Çin təmsilçilərinin üstünlüyü ilə diqqət çəkən turnirdə bu ölkənin idmançıları bir sıra rekordlara imza atıblar. Kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəşdə Li Yuehonq 40 atışdan 39-da dəqiq olaraq birinci yeri tutmaqla yanaşı, həm də yeni dünya rekorduna nail olub. Onun 19 yaşlı həmyerlisi Qiongyu Janq isə böyüklərlə mübarizə aparmasına baxmayaraq, 50 metr məsafəyə 3 mövqedən atəşdə qızıl medal qazanıb. Təsnifat mərhələsində dünya rekordu qıran Qiongyu Janq eyni uğuru finalda da təkrarlayıb.

Bakıdakı mundial ABŞ atıcıları üçün də uğurlu alınıb. Bu ölkənin qadınlardan ibarət kollektivi 50 metr məsafəyə 3 mövqedən atəş, eləcə də qarışıq komanda və qadınların dairəvi stend atıcılığında yeni dünya rekordları müəyyənləşdiriblər.

50 metr məsafəyə uzanaraq atəş açma yarışı isveçrəlilərin qələbəsi ilə əlamətdar olub. Bu ölkənin idmançıları qarışıq komanda növündə 1249.7 xal toplayaraq yeni rekorda imza atıblar.

Bakı Atıcılq Mərkəzində təşkil olunan mundialda həm də bir sıra rekordlar təkrarlanıb. 25 metr məsafəyə tapançadan cəld atəş açmada Çin komandası, eyni növ üzrə qadınların fərdi mübarizəsində isə almaniyalı Doren Vennekamp dünya rekordunu təkrarlayıb.

Daha bir maraqlı nəticə 60 yaşlı Raymond Debeveçin qələbəsi ilə bağlıdır. Sloveniyalı atıcı 300 metr məsafəyə uzanaraq atəşdə 600 xal toplayaraq birinci olmaqla bərabər, həm də dünya rekordunu təkrarlayıb.

Bütün bu sadalanan nəticələr və rekordlar yüksək təşkilatçılığı ilə diqqət çəkən 53-cü dünya çempionatının həm də maraqlı idman mübarizəsi şəraitində keçdiyini göstərir. Əbəs yerə deyil ki, Beynəlxalq Atıcılıq İdman Federasiyası da indiyədək heç bir mundialda bu qədər rekordun qeydə alınmadığı barədə açıqlama yayıb.

Xatırladaq ki, atıcılıq üzrə dünya çempionatına sentyabrın 1-i yekun vurulacaq.

Banner
Cüdoçularımızın tatamidəki mübarizəsi 5 medalla nəticələnib - Baku TV

Cüdoçularımızın tatamidəki mübarizəsi 5 medalla nəticələnib - Baku TV

İdman
01 noyabr 2026 425 baxış
İslam Rəhimov ardıcıl ikinci dəfə Avropa çempionu oldu | Yeni idman xəbərləri - Baku TV

İslam Rəhimov ardıcıl ikinci dəfə Avropa çempionu oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
31 oktyabr 2026 425 baxış
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı | Yeni idman xəbərləri

Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı | Yeni idman xəbərləri

İdman
31 oktyabr 2026 425 baxış
FIFA U-15 oyunlarının son günündə gərgin mübarizə - Baku TV

FIFA U-15 oyunlarının son günündə gərgin mübarizə - Baku TV

İdman
30 oktyabr 2026 425 baxış
"Turan" Çempionlar Liqasında cavab oyununa çıxır - Baku TV

"Turan" Çempionlar Liqasında cavab oyununa çıxır - Baku TV

İdman
29 oktyabr 2026 425 baxış
Toni Kroos PSJ barədə danışdı

Toni Kroos PSJ barədə danışdı

İdman
29 oktyabr 2026 425 baxış
Dünya çempionatında uğur qazanan güləşçilərimiz Vətənə döndülər - Baku TV

Dünya çempionatında uğur qazanan güləşçilərimiz Vətənə döndülər - Baku TV

İdman
28 oktyabr 2026 425 baxış
Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

İdman
28 oktyabr 2026 425 baxış
“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

İdman
28 oktyabr 2026 425 baxış
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 425 baxış
Seçilmişlər
icon