Pleyeri seçin:

Avropa çempionatında yüksək nəticələr əldə edən güləşçilərlə görüş keçirilib

31 mart 2024 458 baxış

Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyada Rumıniyada keçirilən Avropa çempionatında uğur qazanan güləşçilər və məşqçilər, eləcə də gimnaziyada təhsil alan şagird-güləşçilərlə görüş baş tutub.

Tədbirdə Güləş Federasiyasının prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, eyni zamanda elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.

Çıxış edənlər dövlət tərəfindən ölkəmizdə idmanın inkişafına verilən önəm barədə danışaraq bunun təmsilçilərimizin beynəlxalq arenalarda uğurlar əldə etməsinə kömək etdiyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, qələbələr ənənəsini davam etdirən güləşçilərimiz bu il qitə birinciliyində 5-i qızıl, 3-ü gümüş və 8-i bürünc olmaqla ümumilikdə 16 medala yiyələniblər.

Qeyd olunub ki, yunan-Roma güləşi və sərbəst güləş üzrə millilərimiz Rumıniyadakı yarışda komanda hesabında ilk üçlükdə yer alıblar. Qadın güləşçilərimiz isə son 8 ilin ən yaxşı nəticəsinə imza atıblar.

Daha sonra tədbir iştirakçıları 1960-cı ildən fəaliyyət göstərən gimnaziyada yaradılan şəraitlə tanış olublar. Elm və Təhsil Nazirliyi və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə ölkənin müxtəlif bölgələrindən 50-yə yaxın yeniyetmə güləşçinin təhsil aldığı gimnaziyada məktəblilər qida və yataqxana ilə təmin edilirlər.

Onlar burada tədrislə yanaşı, bütün zəruri avadanlıqlarla təchiz olunan idman zalında sərbəst və yunan-Roma güləşi üzrə təlim-məşq prosesinə qatılırlar. Bu layihə ilə Azərbaycanda güləşin inkişafına, yeni sağlam nəslin formalaşmasına əhəmiyyətli təkan verilməsi planlaşdırılır.

Banner
“Baku TV” arzusunu reallaşdıran güləşçidən müsahibə aldı | Yeni idman xəbərləri - Baku TV

“Baku TV” arzusunu reallaşdıran güləşçidən müsahibə aldı | Yeni idman xəbərləri - Baku TV

İdman
03 noyabr 2026 458 baxış
"Fənərbağça" Serjiu Konseysau ilə anlaşma əldə etdi | Yeni idman xəbərləri

"Fənərbağça" Serjiu Konseysau ilə anlaşma əldə etdi | Yeni idman xəbərləri

İdman
03 noyabr 2026 458 baxış
Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV

Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV

İdman
02 noyabr 2026 458 baxış
Hapkido idman növü üzrə Azərbaycan Çempionatına start verildi - Baku TV

Hapkido idman növü üzrə Azərbaycan Çempionatına start verildi - Baku TV

İdman
02 noyabr 2026 458 baxış
Cüdoçularımızın tatamidəki mübarizəsi 5 medalla nəticələnib - Baku TV

Cüdoçularımızın tatamidəki mübarizəsi 5 medalla nəticələnib - Baku TV

İdman
01 noyabr 2026 458 baxış
İslam Rəhimov ardıcıl ikinci dəfə Avropa çempionu oldu | Yeni idman xəbərləri - Baku TV

İslam Rəhimov ardıcıl ikinci dəfə Avropa çempionu oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
31 oktyabr 2026 458 baxış
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı | Yeni idman xəbərləri

Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı | Yeni idman xəbərləri

İdman
31 oktyabr 2026 458 baxış
FIFA U-15 oyunlarının son günündə gərgin mübarizə - Baku TV

FIFA U-15 oyunlarının son günündə gərgin mübarizə - Baku TV

İdman
30 oktyabr 2026 458 baxış
"Turan" Çempionlar Liqasında cavab oyununa çıxır - Baku TV

"Turan" Çempionlar Liqasında cavab oyununa çıxır - Baku TV

İdman
29 oktyabr 2026 458 baxış
Toni Kroos PSJ barədə danışdı

Toni Kroos PSJ barədə danışdı

İdman
29 oktyabr 2026 458 baxış
Seçilmişlər
icon