Pleyeri seçin:
Avropa liqası - "Qarabağ" bu gün 6-cı turun matçına çıxacaq
“Qarabağ” komandası bu gün Avropa liqasında növbəti matçına çıxacaq.
“Köhlən atlar” Liqa mərhələsinin 6-cı turunda İsveçin “Elfsborq” klubunun qonağı olacaq.
Buros şəhərindəki eyni adlı stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:55-də başlayacaq. Görüşün baş hakimi isə portuqaliyalı Antonio Nobre olacaq.
Qeyd edək ki, “Qarabağ” daha əvvəl Avropa liqasında İngiltərənin “Tottenhem”, İsveçin “Malmö”, Niderlandın “Ayaks”, Norveçin “Budyo Qlimt” və Fransanın “Lion” klubları ilə üz-üzə gəlib.
Bu görüşlərin 4-də uduzan və yalnız “Budyo Qlimt” üzərində qələbə qazanan “Qarabağ” hazırda yarış cədvəlində 32-ci yerdədir. Komandamızın rəqibi “Elfsborq” isə 4 xalla 28-ci pillədə qərarlaşıb.
Kopyalandı
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
