Pleyeri seçin:
Azərbaycan çempionatı: "Neftçi" - "Kəpəz" matçı
"Neftçi" klubu Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində öz meydanında "Kəpəz"i qəbul edib.
"Neftçi Arena"da baş tutan matç 2-2 hesablı heç-heçə ilə yekunlaşıb.
Rauf Cabbarovun idarə etdiyi oyunda hesabı meydan sahibləri açıblar. 24-cü dəqiqədə Aleks Fernandes Gəncə təmsilçisini məyus edib.
Daha sonra "Kəpəz"in heyətində Paçu və Camal Cəfərov müvafiq olaraq 51 və 63-cü dəqiqələrdə fərqləniblər.
Oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə "Ağ-qara"ların kapitanı Emin Mahmudov penaltidən dəqiq yararlanaraq oyunda yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra hesabındakı xalların sayını 37-yə yüksəldən "Neftçi" 6-cı pillədə qərarlaşıb. 29 xala malik "Kəpəz" isə 9-cudur.
Kopyalandı
#Neftçi FK teqi istifadə olunub
- Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu
- Məhəmməd Salah "Trabzonspor"da rekorda imza atdı | Yeni idman xəbərləri - Baku TV
- Kərim Benzema “Əl-Hilal”dan ayrıldı | Yeni idman xəbərləri
- Murad Məmmədov təxminən 3 həftə futboldan uzaq qalacaq
- "Neftçi" "Araz-Naxçıvan" üzərində böyük hesabla qələbə qazandı | Yeni idman xəbərləri - Baku TV
