Pleyeri seçin:
Azərbaycan III Avropa Oyunlarında ilk qızıl medalını qazandı
Ölkəmiz Polşada keçirilən III Avropa Oyunlarında ilk qızıl medalı qazanıb.
Belə ki, karatenin kumite növündə çıxış edən Tural Ağalarzadə 67 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, mübarizəyə qrup mərhələsində start verən Tural ardıcıl olaraq macarıstanlı İv Tadiss, İsveçrəli Toni Pissino və yunanıstanlı Dionisios Ksenosu məğlub edərək yarımfinala adlayıb. Burada polşalı Miloş Sabieçkidən də güclü olan idmançımız finala yüksəlib. Həlledici qarşılaşmada isə yenidən Dionisios Ksenosla üz-üzə gələn T.Ağalarzadə yarışın qızıl medalına yiyələnib.
Kopyalandı
#Polşa teqi istifadə olunub
- Sui-qəsd planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanıldı
- NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün yeni addımlar atılır - Baku TV CANLI
- Litva və Polşa fövqəladə vəziyyətə qarşı necə plan hazırlayır? - Baku TV
- Litva və Polşa fövqəladə vəziyyətə qarşı birgə təxliyə planı hazırlayır
- Polşa-Rusiya xəttində kritik saatlar | Hərbi təyyarələr havaya qaldırıldı - Baku TV
