Azərbaycan kubokunun qalibi məlumdur
Azərbaycan kubokunda 2023/2024-cü illər mövsümünün qalibi müəyyənləşib. Ölkə çempionu “Qarabağ” “Zirə” klubu ilə üz-üzə gəlib.
Görüşdə hesabı “köhlən atlar” açıb. 42-ci dəqiqədə Olavio Juninyo “qartallar”ın qapısını dəqiq nişan alıb. “Qarabağ” fasiləyə 1-0 hesablı üstünlüklə yollanıb.
“Zirə” ikinci yarıda tarazlığı bərpa etməyi bacarıb. 57-ci dəqiqədə İsmayıl İbrahimli fərqlənib. Lakin oyunda son nöqtəni Abdullah Zubir qoyub. “Qarabağ” – “Zirə”: 2-1.
Ağdam təmsilçisi bu qələbə ilə 8-ci dəfə ölkə kubokunda qızıl medallara sahib çıxıb. Cari mövsümdə Azərbaycan Premyer liqasının da qalibi olan komanda mövsümü “qızıl dubl”la başa vurub.
Qeyd edək ki, qarşılaşmanın sonunda ilk olaraq “Zirə” kollektivinə gümüş medallar verilib. Daha sonra “Qarabağ”a mükafatlar və ölkə kuboku təqdim olunub.
#Qarabağ FK teqi istifadə olunub
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
- Elvin Camalov "Qəbələ" ilə müqavilə imzalayacaq | Yeni idman xəbərləri - Baku TV
- Zubir "Qarabağ" azarkeşlərinə təşəkkür etdi | Yeni idman xəbərləri
- Koxalski “Qarabağ”dan niyə getdi? - Yeni idman xəbərləri - Baku TV
