Bakıda şəhid jurnalistlərin xatirəsinə həsr olunan futbol turniri start götürüb
Yeniliklərdən dərhal xəbərdar olun
8 Noyabr Zəfər Günü münasibətilə ölkəmizin şəhid jurnalistlərinin xatirəsinə həsr olunan həvəskar komandalardan ibarət 2-ci ənənəvi futbol yarışına start verilib.
Bakı Tennis Akademiyasında təşkil olunan turnirdə “Qərbi Azərbaycan”, “Zəngəzur”, “İrəvan”, “Göyçə”, “Loru-Borçalı”, “Qaraqoyunlu”, “Çəmbərək” və “Ardanış” kollektivləri mübarizə aparır.
Reqlamentə əsasən, turnir hər birində 4 komanda olmaqla 2 qrupdan ibarətdir. Qrup mərhələsində xal və top hesabına görə 1 və 2-ci yeri tutan komandalar yarımfinala yüksələcək. Burada güclü olan tərəflər finalda, məğlub olanlar isə 3-cü yer uğrunda görüşdə iştirak edəcəklər.
Turnirdə fərqlənən iştirakçılara müxtəlif nominasiyalar üzrə kubok, medal və hədiyyələrin təqdim edilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, noyabrın 8-dək davam edəcək yarışın məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda edən mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, eləcə də yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
#Şəhid jurnalistlər teqi istifadə olunub
- Şəhid jurnalistlərin xatirəsinə həsr edilən futbol turnirinin açılış mərasimi keçirildi - Baku TV
- 44 günlük müharibədə Azərbaycan mediası əzmkarlıqla çalışıb | İlham Əliyev
- "Efirdə görüb dedi ki, atamın mindiyi maşın partladı" | Ölümləri ilə tarix yazan jurnalistlərimiz
- Şəhid jurnalistlərin xatirəsinə həsr olunan futbol turniri yekunlaşıb
