Bakıda taekvondo üzrə dünya çempionatı
Mayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatına start verilib.
“Öz gücünü alovlandır” şüarı altında təşkil olunan taekvondo üzrə dünya çempionatının açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Bakı Kristal Zalında keçirilən tədbirdə əvvəlcə bayraqların paradı olub. Daha sonra Azərbaycan Dövlət Bayrağı səhnəyə gətirilib və Dövlət Himni səsləndirilib.
Tədbirin davamında Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu və Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxış edərək, yarış iştirakçılarını salamlayıblar.
Qeyd edək ki, Bakıda keçirilən mundialda dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək. Ümumən isə yarışda 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizə aparır.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV
- Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təltif edilib - Baku TV
- Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif edildi - Baku TV
- İlham Əliyev vacib sərəncam imzaladı
- Bu ölkə Rusiyaya nota verdi | Trampdan sərt çıxış | Bakıda “Santa Bus” işə başladı - YENİ BİR SƏHƏR
