Pleyeri seçin:

“Canavarlar” yeni mövsümdə ilk qələbələrinə sevinib

18 sentyabr 2023 339 baxış

İtaliya A Seriyasının iddialı komandalarından “Roma” 4-cü turda darmadağınla qalib gəlib.

“Olimpiko” arenasında “Empoli”ni qəbul edən “canavarlar” rəqibin qapısından 7 cavabsız top keçiriblər.

Paytaxt təmsilçisinin heyətində Paulo Dibala dubl edib. Digər qollar Renato Sanşeş, Brayan Kristante, Romelu Lukaku və Canluka Mançininin aktivindədir.

Daha bir epizodda isə qonaqların üzvü Alberto Qrassi avtoqol müəllifi olub. Bu nəticədən sonra yeni mövsümdə ilk qələbəsini qazanan “Roma” 4 xalla 12-ci yerdədir. 4 turdan sonra xalsız qalan “Empoli” isə sonuncudur.

“Real Madrid” La liqanın 5-ci turunda əzmkar qalibiyyətə sevinib. “Real Sosyedad”ı qəbul edən “kral klubu” 5-ci dəqiqədə geri düşsə də, dönüş edə bilib. 46-cı dəqiqədə Federiko Valverde, 1 saatın tamamında isə Xoselu fərqlənib.

2-1 hesabı ilə güclü olan “los blankos” 15 xalla yarış cədvəlinə başçılıq edir. 6 xalı olan “Real Sosyedad” isə 11-cidir.

Ötən mövsüm Premyer liqanı 2-ci pillədə tamamlayan Arsenal 5-ci turda “Everton”un qonağı olub. “Qudison Park” arenasında keçirilən matçın taleyini Leandro Trossardın yeganə qolu həll edib. 1-0 hesablı qələbədən sonra 13 xalı olan “topçular” “Tottenhem” və “Liverpul”la birlikdə 2-ci, 4-cü yerləri bölüşdürürlər. Komandalar lider “Mançester Siti”dən 2 xal geri qalır.

Banner
U-15 dünya çempionatında millimizin növbəti qələbəsi - Baku TV

U-15 dünya çempionatında millimizin növbəti qələbəsi - Baku TV

İdman
25 oktyabr 2026 339 baxış
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib - Baku TV

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib - Baku TV

İdman
25 oktyabr 2026 339 baxış
Azərbaycan komandası FIFA U-15 dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb - Baku TV

Azərbaycan komandası FIFA U-15 dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb - Baku TV

İdman
25 oktyabr 2026 339 baxış
Azərbaycan millisi U-15 dünya çempionatına 6:0-lıq qələbə ilə başladı - Baku TV CANLI

Azərbaycan millisi U-15 dünya çempionatına 6:0-lıq qələbə ilə başladı - Baku TV CANLI

İdman
24 oktyabr 2026 339 baxış
Avropanın aparıcı klubları Luka Vuşkoviçi transfer etmək istəyirlər

Avropanın aparıcı klubları Luka Vuşkoviçi transfer etmək istəyirlər

İdman
24 oktyabr 2026 339 baxış
Bakıda FIFA U-15 dünya çempionatı və futbol festivalına start verilir - Baku TV

Bakıda FIFA U-15 dünya çempionatı və futbol festivalına start verilir - Baku TV

İdman
24 oktyabr 2026 339 baxış
Azərbaycan cüdoçusu Portuqaliyada keçirilən qitə birinciliyində qızıl medal qazanıb - Baku TV

Azərbaycan cüdoçusu Portuqaliyada keçirilən qitə birinciliyində qızıl medal qazanıb - Baku TV

İdman
24 oktyabr 2026 339 baxış
Yığmanın baş məşqçisi media nümayəndələrinin suallarını cavablandırıb - Baku TV

Yığmanın baş məşqçisi media nümayəndələrinin suallarını cavablandırıb - Baku TV

İdman
23 oktyabr 2026 339 baxış
Bakı tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir

Bakı tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir

İdman
23 oktyabr 2026 339 baxış
Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

İdman
22 oktyabr 2026 339 baxış
Seçilmişlər
icon