“Çelsi”nin ulduzu 65 milyon funt sterlinqə “Arsenal”a keçib
“Arsenal” klubu heyətini “Çelsi”nin yarımmüdafiəçisi Kay Havertstlə gücləndirib.
“Topçular” 24 yaşlı oyunçuya görə “zadəganlar”a 65 milyon funt sterlinq ödəyəcəklər. Bonuslarla bu məbləğ 90 milyon funt sterlinqədək yüksələ bilər.
2028-ci ilədək müqavilə imzalayan Kay yeni komandasında 29 nömrəli forma ilə çıxış edəcək.
Şimali Londonun daha bir komandası, “Arsenal”ın əzəli rəqibi “Tottenhem” isə Ceyms Meddisonu heyətinə qatıb. “Mahmızlar” 26 yaşlı futbolçuya görə “Lester Siti”yə 40 milyon funt sterlinq ödəyiblər. Oyunçu ilə isə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, ötən mövsüm “Lester”lə Premyer liqanı tərk edən Ceyms 2018-ci ildən “tülkülər”in formasını geyinirdi. Klubla FA Kuboku və İngiltərə Super kubokunu qazanan C.Meddison 203 görüşdə 55 qolla yadda qalıb.
#Arsenal FK teqi istifadə olunub
- Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü
- Dyökereş “Arsenal”dan ayrılmağa hazırlaşır? | Yeni idman xəbərləri - Baku TV
- "Arsenal" kimi heyətinə qatmaq istəyir? - Yeni idman xəbərləri - Baku TV
- “Arsenal” kimə görə “Nyukasl”a təklif göndərib? - Yeni idman xəbərləri
- Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi - Yeni idman xəbərləri - Baku TV
