Çempionlar Liqası: Barselona və PSJ yarımfinalçını müəyyənləşdiriblər
UEFA Çempionlar liqasında 1/4 finalın ilk matçında PSJ-yə 3-2 hesabı ilə qalib gələn “Barselona” bu dəfə rəqibini doğma meydanda qəbul edib.
Görüşdə hesabı artıq 12-ci dəqiqədə Rafinya açıb. 29-cu dəqiqədə kataloniyalılar azlıqda qalıblar. Ronald Arauxo son ümid foluna görə qırmızı vərəqə ilə cəzalandırılıb.
Bundan sonra təzyiqi artıran parislilər 40-cı dəqiqədə tarazlığı bərpa ediblər. Usman Dembele sabiq komandasının qapısına yol tapıb. İlk hissə 1-1 hesabı ilə yekunlaşıb.
54-cü dəqiqədə Vitinya 2-ci topu “blauqrana”nın qapısından keçirib. Az sonra “Barsa”nın baş məşqçisi Xavi hakimə etiraz etdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan qovulub. Təzyiqi azaltmayan PSJ isə bundan sonra daha 2 qol vurub. Əvvəlcə 61-ci dəqiqədə penaltidən fəqlənən Kilian Mbappe 89-cu dəqiqədə matçda son nöqtəni qoyub. “Barselona” – PSJ: 1-4.
Beləliklə, iki oyunun yekununda 6-4 hesabı ilə güclü olan Fransa təmsilçisi yarımfinala yüksəlib.