Pleyeri seçin:

Çempionlar liqasının yarımfinalında "Milan" derbisi

10 may 2023 427 baxış

UEFA Çempionlar liqasında yarımfinalın ilk görüşlərinə İtaliyada yekun vurulacaq. Əzəli rəqiblər – “Milan” və “İnter” “San-Siro” stadionunda münasibətlərə aydınlıq gətirəcəklər.

Yarışın 7 qat qalibi olan “rossoneri”nin nominal ev sahibi olduğu oyundan əvvəl “İnter” daha yaxşı formadadır. “Neradzurri” bütün turnirlərdə son 5 qarşılaşmada qalib gəlib. 9 matçdır məğlub olmayan “Milan” isə bu müddət ərzində 5 dəfə heç-heçə edib, 4 dəfə qələbə qazanıb.

Komandalar arasında cari mövsümdə keçirilən görüşlərə gəldikdə, 3 oyunun 2-də “İnter”, 1-də isə “Milan” qələbəni bayram edib. Budəfəki oyun ərəfəsində qonaqların heyətində əsas itki Milan Şkrinyarla bağlıdır. Slovakiyalı müdafiəçi zədələndiyi üçün komandasına kömək edə bilməyəcək.

Bundan başqa, “İnter”dən Danilo Dambrozio və Robin Qozens, “Milan”dan isə Rafael Leau eyni səbəbdən meydana çıxmaya bilər.

Qeyd edək ki, “Milan” və “İnter” arasında yarımfinal qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunda ədalət prinsiplərini Xesus Xil Mansanonun rəhbərlik etdiyi ispaniyalı hakimlər briqadası qoruyacaq.

Banner
U-15 dünya çempionatında millimizin növbəti qələbəsi - Baku TV

U-15 dünya çempionatında millimizin növbəti qələbəsi - Baku TV

İdman
25 oktyabr 2026 427 baxış
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib - Baku TV

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib - Baku TV

İdman
25 oktyabr 2026 427 baxış
Azərbaycan komandası FIFA U-15 dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb - Baku TV

Azərbaycan komandası FIFA U-15 dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb - Baku TV

İdman
25 oktyabr 2026 427 baxış
Azərbaycan millisi U-15 dünya çempionatına 6:0-lıq qələbə ilə başladı - Baku TV CANLI

Azərbaycan millisi U-15 dünya çempionatına 6:0-lıq qələbə ilə başladı - Baku TV CANLI

İdman
24 oktyabr 2026 427 baxış
Avropanın aparıcı klubları Luka Vuşkoviçi transfer etmək istəyirlər

Avropanın aparıcı klubları Luka Vuşkoviçi transfer etmək istəyirlər

İdman
24 oktyabr 2026 427 baxış
Bakıda FIFA U-15 dünya çempionatı və futbol festivalına start verilir - Baku TV

Bakıda FIFA U-15 dünya çempionatı və futbol festivalına start verilir - Baku TV

İdman
24 oktyabr 2026 427 baxış
Azərbaycan cüdoçusu Portuqaliyada keçirilən qitə birinciliyində qızıl medal qazanıb - Baku TV

Azərbaycan cüdoçusu Portuqaliyada keçirilən qitə birinciliyində qızıl medal qazanıb - Baku TV

İdman
24 oktyabr 2026 427 baxış
Yığmanın baş məşqçisi media nümayəndələrinin suallarını cavablandırıb - Baku TV

Yığmanın baş məşqçisi media nümayəndələrinin suallarını cavablandırıb - Baku TV

İdman
23 oktyabr 2026 427 baxış
Bakı tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir

Bakı tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir

İdman
23 oktyabr 2026 427 baxış
Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

İdman
22 oktyabr 2026 427 baxış
Seçilmişlər
icon