Pleyeri seçin:

Dəfələrlə dünya və Avropa çempionu olan Rafael Ağayevin 39 yaşı tamam oldu

04 mart 2024 830 baxış

Martın 4-ü Azərbaycan idmanının əfsanələrindən Rafael Ağayevin doğum günüdür.

1985-ci ildə Sumqayıt şəhərində anadan olan dünyaca məşhur karateçinin 39 yaşı tamam olur. Kiçik yaşlarından idmana sevgisi ilə diqqəti cəlb edən Rafael Ağayev ölkə birinciliklərində uğurla çıxış etdikdən sonra tədricən milli komandanın heyətinə cəlb olunub. Burada onun qazandığı uğurlar isə karatenin tarixində silinməz iz qoyub. 5 dəfə dünya, 11 dəfə isə Avropa çempionu adına yiyələnən Rafael Dünya oyunları, Dünya kombat oyunları, Avropa oyunları, eləcə də İslam Həmrəyliyi Oyunlarında qələbə qazanıb.

Təcrübəli idmançımız 2021-ci ildə Tokioda keçirilən Olimpiadada qızıl medala əsas namizəd kimi göstərilsə də, yalnız finalda uduzaraq gümüş mükafatla kifayətlənib. 2018-ci ildən “Karate Kombat”da da yarışan və keçirdiyi bütün görüşlərdə qalib gələn Rafael Ağayev bu təşkilatda yarımorta çəkidə çempionluq kəmərinin sahibidir.

İdmanda qazandığı uğurlarla canlı əfsanəyə çevrilən Rafael Ağayev həm də Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. Mayor rütbəsi daşıyan Rafael Baş Gömrük Mühafizə Xidmətində döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisidir.

Bundan başqa, o, Azərbaycan Karate Federasiyasının Ümumdünya Karate Federasiyası üzrə vitse-prezidentidir.

Banner
Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

İdman
22 oktyabr 2026 830 baxış
Skaloni Argentina millisi ilə yeni müqavilə imzaladı

Skaloni Argentina millisi ilə yeni müqavilə imzaladı

İdman
22 oktyabr 2026 830 baxış
Dünya futbolunun diqqəti Bakıda | Futbol marafonu başladı - Baku TV

Dünya futbolunun diqqəti Bakıda | Futbol marafonu başladı - Baku TV

İdman
22 oktyabr 2026 830 baxış
“Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV

“Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV

İdman
21 oktyabr 2026 830 baxış
“Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri

“Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri

İdman
21 oktyabr 2026 830 baxış
İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri

İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri

İdman
20 oktyabr 2026 830 baxış
Kikboksçularımız DÇ-də necə nəticə göstərdilər? - Yeni idman xəbərləri - Baku TV

Kikboksçularımız DÇ-də necə nəticə göstərdilər? - Yeni idman xəbərləri - Baku TV

İdman
20 oktyabr 2026 830 baxış
Tovuzda keçiriləcək Çempionlar Liqası matçına hazırlıq tam başa çatdı - Baku TV

Tovuzda keçiriləcək Çempionlar Liqası matçına hazırlıq tam başa çatdı - Baku TV

İdman
20 oktyabr 2026 830 baxış
Gəncədəki beynəlxalq şahmat turnirinin qalibi Fərid Orucov oldu - Baku TV

Gəncədəki beynəlxalq şahmat turnirinin qalibi Fərid Orucov oldu - Baku TV

İdman
19 oktyabr 2026 830 baxış
Gimnastlarımız Dünya Kubokunda qalib oldular

Gimnastlarımız Dünya Kubokunda qalib oldular

İdman
19 oktyabr 2026 830 baxış
Seçilmişlər
icon