Dünya çempionu Jüli Simon 6 ay müddətinə bütün yarışlardan uzaqlaşdırılıb
Fransalı biatlonçu, dünya çempionu Jüli Simon dələduzluğa görə yarışlardan kənarlaşdırılıb.
Bu barədə Fransa Xizək İdmanı Federasiyasının İntizam Komitəsi məlumat yayıb.
O, 5-i şərti olmaqla, 6 ay müddətinə bütün yarışlardan uzaqlaşdırılıb. İdmançının cəzası noyabrın 7-də qüvvəyə minib.
29 yaşlı biatlonçunun 2021-2022-ci illər arasında onlayn alış-veriş üçün ödəniş etmək məqsədilə Fransa millisindəki komanda yoldaşının kartını oğurladığı üzə çıxıb və o bu ilin oktyabrında üç aylıq şərti həbs cəzası alıb. Bundan əlavə, 15 min avro məbləğində də cərimələnib.
Qeyd edək ki, J.Simon estafet yarışları üzrə 10 qat dünya çempionudur.
Kopyalandı
