İdman
Pleyeri seçin:

Eduard Məmmədov karyerası ərzində 28-ci dəfə dünya çempionu olub

24 noyabr 2023

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, dəfələrlə dünya və Avropa çempionu, “Ağ canavar” ləqəbli Eduard Məmmədov kikboksinqin WAKO versiyası üzrə dünya çempionatında tarixi uğura imza atıb.

“Master Class” kateqoriyasında 63 kq çəki dərəcəsində yarışan Eduard Məmmədov noyabrın 17-dən 26-dək Portuqaliyanın Albufeyra şəhərində keçirilən yarışda əvvəlki nailiyyətini təkrarlayaraq 2 versiyada qızıl medal qazanıb.

Təcrübəli idmançımız “Light Contact” növündə əvvəlcə Portuqaliya və Macarıstan nümayəndələrinə qalib gəlib. Finalda isə Böyük Britaniya təmsilçisindən güclü olub. “Kick Light” növündə isə əvvəlcə Hindistan və Qırğızıstan idmançıları, finalda isə Slovakiya kikboksçusu Eduard Məmmədovla bacarmayıb.

Beləliklə, qatıldığı 6 görüşün hamsında qalib gələn Eduard Məmmədov WAKO versiyası üzrə 8-ci, ümumən isə 28-ci dəfə dünya çempionu olaraq, Portuqaliyada 2 dəfə himnimizi səsləndirib.

Eduard Məmmədov bu möhtəşəm qələbəsi münasibətilə Milli Məclis sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev və Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyevə təşəkkür edib. Göstərilən dəstəyə görə Gənclər və İdman Nazirliyinə də minnətdarlığını ifadə edən Eduard Məmmədov qələbəsini şəhidlərimizə həsr edib.

Eduard Məmmədov 11-ci dəfə WAKO Dünya Kubokunun sahibi olub

Eduard Məmmədov 11-ci dəfə WAKO Dünya Kubokunun sahibi olub

İdman
18 may 2024
“Neftçi” Premyer Liqada növbəti matça hazırlaşır

“Neftçi” Premyer Liqada növbəti matça hazırlaşır

İdman
17 may 2024
Kadi Borges "Qarabağ"a qayıtmağa hazırlaşır

Kadi Borges "Qarabağ"a qayıtmağa hazırlaşır

İdman
17 may 2024
Leandro Andrade karyerasını Türkiyədə davam etdirəcək?

Leandro Andrade karyerasını Türkiyədə davam etdirəcək?

İdman
17 may 2024
Rövşən Nəcəf FIFA-nın 74-cü konqresində iştirak edir

Rövşən Nəcəf FIFA-nın 74-cü konqresində iştirak edir

İdman
17 may 2024
Arda Gülər üçün 45 milyon avroluq təklif

Arda Gülər üçün 45 milyon avroluq təklif

İdman
17 may 2024
Millimizin yeni baş məşqçisi bu tarixdə məlum olacaq

Millimizin yeni baş məşqçisi bu tarixdə məlum olacaq

İdman
17 may 2024
AFFA-nın prezidenti Rövşən Nəcəf FIFA-nın konfransına qatılacaq

AFFA-nın prezidenti Rövşən Nəcəf FIFA-nın konfransına qatılacaq

İdman
17 may 2024
Eden Azar “Real Madrid”i növbəti dəfə xərcə salıb

Eden Azar “Real Madrid”i növbəti dəfə xərcə salıb

İdman
16 may 2024
“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiyaya qayıdır?

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiyaya qayıdır?

İdman
16 may 2024
Seçilmişlər
icon