Pleyeri seçin:

Elə bir gündə məğlub ola bilməzdim | Eduard Məmmədov

03 dekabr 2024 684 baxış

“Avropa çempionatında Zəfər günündə döyüşürdüm. Həmin gün final görüşünü heç cür uduza bilməzdim”.

Bunu Baku TV-yə müsahibəsində Yunanıstanda keçirilən kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatında 2 qızıl medal qazanan titullu idmançımız Eduard Məmmədov deyib.

Turnirdə iki versiyada mübarizə aparan E.Məmmədov bunun çox çətin olduğunu qeyd edib.

“Bu yarışa favorit kimi getmişdim. Turnirdə yeganə idmançı mən idim ki, iki növdə qızıl medal qazana bildim. Hər il cavan rəqiblərim gəlir. Düzdür, mən bütün idmançılara hörmətlə yanaşıram. Hər bir idmançının öz fiziki gücü, texnikası var. Bilirəm ki, ildən-ilə döyüşmək daha da çətinləşir. Amma yenə də çalışırıq ki, nəticə qazanaq, uğur əldə edək. Əsas bir məqsədimiz var ki, vətənə qızıl medalla qayıdaq, bayrağımızı ucaldaq və himnimizi səsləndirək. Baxmayaraq ki, bir gündə iki final döyüşmək çətin idi, amma mən qürur duyurdum ki, Zəfər günündə yarışıram”, – deyə o bildirib.

Turnirlərə həm idmançı, həm də məşqçi kimi qatılan E.Məmmədov əldə etdiyi qələbələrin tələbələrinə motivasiya verdiyini söyləyib:

“Hər bir yarışa həm idmançı, həm də məşqçi kimi qatılıram. Bu, ikiqat çətin olur. Çünki həm özün döyüşməlisən, həm də tələbələrin döyüşür, çalışırsan ki, onlara motivasiya verəsən. Həmişə onlara deyirəm ki, müəllimizin döyüşür, qalib gəlir və çempion olursa, siz də həmçinin ona oxşamalısınız. Ən böyük motivasiya budur”.

Gələcək planlarından danışan idmançımız əsas məqsədinin gələn il keçiriləcək dünya çempionatında qızıl medal qazanmaq olduğunu deyib:

“2025-ci ildə dünya çempionatı olacaq. Çalışacağam ki, yenə də öz rekordumu təkrarlayım. Məqsədim 2 versiyada çıxış etməkdir. Bilirəm ki, bir növdə çıxış etsəm, daha asan olar. Amma çalışacağam ki, yenə də böyük uğur qazanım. Bundan əvvəl may ayında Dünya Kuboku keçiriləcək. Gücümüz, sağlığımız yerində olsa, orada da çıxış edəcəyik”. 

Banner
Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

İdman
22 oktyabr 2026 684 baxış
Skaloni Argentina millisi ilə yeni müqavilə imzaladı

Skaloni Argentina millisi ilə yeni müqavilə imzaladı

İdman
22 oktyabr 2026 684 baxış
Dünya futbolunun diqqəti Bakıda | Futbol marafonu başladı - Baku TV

Dünya futbolunun diqqəti Bakıda | Futbol marafonu başladı - Baku TV

İdman
22 oktyabr 2026 684 baxış
“Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV

“Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV

İdman
21 oktyabr 2026 684 baxış
“Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri

“Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri

İdman
21 oktyabr 2026 684 baxış
İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri

İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri

İdman
20 oktyabr 2026 684 baxış
Kikboksçularımız DÇ-də necə nəticə göstərdilər? - Yeni idman xəbərləri - Baku TV

Kikboksçularımız DÇ-də necə nəticə göstərdilər? - Yeni idman xəbərləri - Baku TV

İdman
20 oktyabr 2026 684 baxış
Tovuzda keçiriləcək Çempionlar Liqası matçına hazırlıq tam başa çatdı - Baku TV

Tovuzda keçiriləcək Çempionlar Liqası matçına hazırlıq tam başa çatdı - Baku TV

İdman
20 oktyabr 2026 684 baxış
Gəncədəki beynəlxalq şahmat turnirinin qalibi Fərid Orucov oldu - Baku TV

Gəncədəki beynəlxalq şahmat turnirinin qalibi Fərid Orucov oldu - Baku TV

İdman
19 oktyabr 2026 684 baxış
Gimnastlarımız Dünya Kubokunda qalib oldular

Gimnastlarımız Dünya Kubokunda qalib oldular

İdman
19 oktyabr 2026 684 baxış
Seçilmişlər
icon