Pleyeri seçin:

Futbol ulduzlarından Türkiyəyə böyük dəstək

08 fevral 2023 381 baxış

Türkiyə və Suriyada baş verən zəlzələ ilə əlaqədar futbol ictimaiyyətindən də dəstək gəlməyə davam edir.

Türkiyə millisinin və "Yuventus"un üzvü Merih Demiral ölkəsinə dəstək üçün şəxsi kolleksiyasında olan Kriştiano Ronaldonun imzalı formasını hərraca çıxarıb. O, satışdan əldə olunacaq gəlirin zəlzələdən zərər çəkənlərə bağışlanacağını bildirib.

Bununla əlaqədar tviterdə paylaşım edən Merih Ronaldo ilə danışdığını və portuqaliyalı ulduzun Türkiyədə baş verənlərə çox kədərləndiyini bildirib.

Bundan başqa, dünya futbolunun digər məşhur simaları da təbii fəlakətdən zərər çəkən ölkələrə dəstək olublar. Braziliyalı əfsanə Kaka sosial media hesabında Türkiyə ilə Suriyadan çox üzücü xəbərlər gəldiyini, ürəyinin və düşüncələrinin zəlzələdən zərər çəkən insanların yanında olduğunu yazıb.

“Qalatasaray”ın sabiq ulduzu Felipe Melo videomüraciətlə ikinci vətəni adlandırdığı Türkiyəyə başsağlığı verib. “Fənərbağça”nın əfsanəsi Aleks de Souza isə Türkiyənin acısını paylaşdığını və yaralılara şəfa dilədiyini bildirib.

“Roma” klubunun çalışdırıcısı Joze Mourinyo da təbii fəlakətdən zərər çəkənlərə dəstək olub. O, “Instagram” hesabının hekayə bölməsində həmkarı Fatih Terimlə fotosunu paylaşaraq, “türkiyəli və suriyalı dostlarımı bağrıma basıram” yazıb.

İtaliya millisinə yeni baş məşqçi təyin olundu | "Qalatasaray"dan yeni transfer iddiası - Baku TV

İtaliya millisinə yeni baş məşqçi təyin olundu | "Qalatasaray"dan yeni transfer iddiası - Baku TV

İdman
25 iyul 2026 381 baxış
"Qarabağ"ın heç-heçəsi Azərbaycana nə qazandırdı? | UEFA reytinqi | Yeni idman xəbərləri - Baku TV

"Qarabağ"ın heç-heçəsi Azərbaycana nə qazandırdı? | UEFA reytinqi | Yeni idman xəbərləri - Baku TV

İdman
24 iyul 2026 381 baxış
Azərbaycan klubları avrokuboklarda növbəti oyunlarını keçirdi

Azərbaycan klubları avrokuboklarda növbəti oyunlarını keçirdi

İdman
24 iyul 2026 381 baxış
UEFA-dan sərt cəza | ÇSKA "Qarabağ"la oyuna azarkeşsiz gələcək | Yeni idman xəbərləri - Baku TV

UEFA-dan sərt cəza | ÇSKA "Qarabağ"la oyuna azarkeşsiz gələcək | Yeni idman xəbərləri - Baku TV

İdman
22 iyul 2026 381 baxış
Luka Modriç “Milan”la yeni müqavilə imzalayacaq

Luka Modriç “Milan”la yeni müqavilə imzalayacaq

İdman
22 iyul 2026 381 baxış
“Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşdi | Yeni idman xəbərləri - Baku TV

“Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşdi | Yeni idman xəbərləri - Baku TV

İdman
21 iyul 2026 381 baxış
Təxminən bir milyon nəfər qələbəni bayram edib

Təxminən bir milyon nəfər qələbəni bayram edib

İdman
21 iyul 2026 381 baxış
DÇ-2026 başa çatdı | Finaldan sonra sevinc və gözyaşları | Yeni idman xəbərləri - Baku TV

DÇ-2026 başa çatdı | Finaldan sonra sevinc və gözyaşları | Yeni idman xəbərləri - Baku TV

İdman
20 iyul 2026 381 baxış
İspaniya finalda vurduğu yeganə qolla dünya çempionu adını qazandı - Baku TV

İspaniya finalda vurduğu yeganə qolla dünya çempionu adını qazandı - Baku TV

İdman
20 iyul 2026 381 baxış
DÇ-2026 yekunlaşdı: İspaniya-Argentina oyununun detallı təhlili

DÇ-2026 yekunlaşdı: İspaniya-Argentina oyununun detallı təhlili

İdman
19 iyul 2026 381 baxış
Seçilmişlər
icon