Pleyeri seçin:

İspaniya superkubokunda 2-ci finalçı məlum oldu

13 yanvar 2023 403 baxış

İspaniya Superkubokunda 2-ci finalçının adına aydınlıq gəlib. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən yarımfinal görüşündə “Betis” və “Barselona” klubları qarşılaşıb.

Matçda hesabı 40-cı dəqiqədə Robert Levandovski açıb. 77-ci dəqiqədə Nabil Fekir tarazlığı bərpa edib: 1-1. Əsas vaxt bu hesabla yekunlaşıb. Əlavə 30 dəqiqədə də tərəflər hərəyə bir dəfə fərqlənib. “Barsa”dan Fatinin qoluna “Betis” Moronun topu ilə cavab verib: 2-2.

Belə olan halda qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac yaranıb. Burada isə kataloniyalıların zərbələri daha dəqiq olub. 11 metrlik zərbələrdə 4-2 hesabı ilə güclü olan “Barselona” superkubokun finalında “Real Madrid”ə rəqib olub.

İngiltərə Premyer Liqasında 7-ci turdan təxirə salınan oyun keçirilib. "Fulhem" və "Çelsi" arasında London derbisində azarkeşlər 3 qol görüblər. İlk hissə Villianın topu sayəsində meydan sahiblərinin minimal üstünlüyü ilə yekunlaşıb. 47-ci dəqiqədə Kalidu Kulibali hesabı bərabərləşdirib: 1-1.

58-ci dəqiqədə “zadəganlar” azlıqda qalıb. Komandaya yeni qoşulan Joao Feliş debüt matçında birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Bundan sonra təzyiqi artıran yerli komanda 73-cü dəqiqədə qələbə topunu vurub. Karlos Vinisius oyunda son nöqtəni qoyub. Fulhem-Çelsi: 2-1.

Bu nəticədən sonra “Fulhem” 31 xalla 6-cı pillədə qərarlaşıb. Çempionatdakı son 9 matçında 5-ci dəfə uduzan “Çelsi” isə 25 xalla 10-cu yerdədir.

APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV

APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV

İdman
20 sentyabr 2026 403 baxış
Bakıda yeni ritm: "Sky Padel" qapılarını açdı - Baku TV

Bakıda yeni ritm: "Sky Padel" qapılarını açdı - Baku TV

İdman
19 sentyabr 2026 403 baxış
"Arsenal" kimi heyətinə qatmaq istəyir? - Yeni idman xəbərləri - Baku TV

"Arsenal" kimi heyətinə qatmaq istəyir? - Yeni idman xəbərləri - Baku TV

İdman
18 sentyabr 2026 403 baxış
Bakıdakı dünya çempionatına 82 ölkə qeydiyyatdan keçib

Bakıdakı dünya çempionatına 82 ölkə qeydiyyatdan keçib

İdman
18 sentyabr 2026 403 baxış
Elvin Camalov "Qəbələ" ilə müqavilə imzalayacaq | Yeni idman xəbərləri - Baku TV

Elvin Camalov "Qəbələ" ilə müqavilə imzalayacaq | Yeni idman xəbərləri - Baku TV

İdman
17 sentyabr 2026 403 baxış
Zubir "Qarabağ" azarkeşlərinə təşəkkür etdi | Yeni idman xəbərləri

Zubir "Qarabağ" azarkeşlərinə təşəkkür etdi | Yeni idman xəbərləri

İdman
17 sentyabr 2026 403 baxış
"Barselona" "Mançester Yunayted"in gənc ulduzunu istəyir | Yeni idman xəbərləri - Baku TV

"Barselona" "Mançester Yunayted"in gənc ulduzunu istəyir | Yeni idman xəbərləri - Baku TV

İdman
16 sentyabr 2026 403 baxış
UEFA Çempionlar Liqasının final məkanları bəlli oldu

UEFA Çempionlar Liqasının final məkanları bəlli oldu

İdman
16 sentyabr 2026 403 baxış
"İnter" Hakan Çalhanoğlu ilə bağlı qərarını verdi | Yeni idman xəbərləri - Baku TV

"İnter" Hakan Çalhanoğlu ilə bağlı qərarını verdi | Yeni idman xəbərləri - Baku TV

İdman
15 sentyabr 2026 403 baxış
Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu

Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu

İdman
15 sentyabr 2026 403 baxış
Seçilmişlər
icon