Pleyeri seçin:
Kamerunlu qapıçı klubun gələcək planlarında yer almır
“Trabzonspor”da icarə əsasında çıxış edən qapıçı Andre Onana “Mançester Yunayted”in gələcək planlarında yer almır.
Kamerunlu qolkiper bu ilin sentyabrında Trabzon təmsilçisinin heyətinə qoşulub.
Onun icarə müqaviləsinin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub və satınalma bəndi yoxdur.
Xarici KİV-lər xəbər verir ki, “qırmızı şeytanlar” gələn mövsüm Onananı komandaya qaytarmağı düşünmür. Klub yeni qapıçı Senne Lammensin çıxışından razıdır və böyük ehtimalla, Onana azad buraxılacaq.
29 yaşlı qapıçı bu mövsüm Trabzon təmsilçisinin heyətində 8 oyuna çıxıb və 7 qol buraxıb.
Kopyalandı
#Trabzonspor FK teqi istifadə olunub
- Məhəmməd Salah "Trabzonspor"da rekorda imza atdı | Yeni idman xəbərləri - Baku TV
- Məhəmməd Salah hansı Türkiyə klubuna transfer olundu? | Yeni idman xəbərləri - Baku TV
- Türkiyə kubokunda final: “Qalatasaray” - “Trabzonspor” matçı
- 72 yaşlı Şenol Günəş yenə istefaya göndərilib
- “Antalyaspor” Aleks de Souza ilə yollarını ayırıb
